Shia ahli
  Zuhur Zamani ile tanisliq (2-ci hisse)
 

1. Həzrət Vəliyi-Əsr (ə.f.) əlini yalnız özünün köməkçilərinin və səhabələrinin başına deyil, bütün Allah bəndələrinin başına qoyacaqdır. Yə’ni, o dövrdə Allaha bəndəlik edən bütün insanlar, hətta müharibədə o həzrətin köməkçilərindən olmasalar da belə. Misal üçün: yaşlıları da, uşaqları da bu böyük ne’mətdən bəhrələndirəcəkdir.
2. İnsanların hamısının ağıllarını pərakəndəlikdən xilas edəcək, beləliklə onlar fikrin təmərküzləşmə qüdrətinə, düzgün düşüncəyə malik olacaqlar ki, bu da xariqüladə idrakların və elmlərin mənşəyi olacaqdır. Onların əql qüvvələrinin kamilləşməsi bu mə’nayadır ki, öz dövrlərinin imkanında olan bütün qüdrətlərdən istifadə edə biləcəklər.
Bəli, ilahi əlin dünya insanlarının başında qoyulduğu, qeybət dövründə əzab-əziyyətlərə və məşəqqətlərə qatlaşan insanlara nəvaziş edildiyi bir dövrdə insanların beynində gizlənmiş olan xariqüladə qüvvələr əqli təkamül nəticəsində zahir olacaq və özünün ən yüksək mərhələsinə -elm, əməl və mədəniyyət baxımından heyrətləndirici bir həddə çatacaqdır.
Əqlin heyrətləndirici təkamül və beynin qüdrətilə tanış olmaq üçün aşağıdakı məsələni qeyd edirik:
"Hər bir insan - istər fitri iste’dada malik olsun, istərsə də adi səviyyədə - öz beynində olan imkanların milyardda birindən artığını öz həyatında işlətmir. Əgər beynin bütün tutumunun və qüdrətinin milyardda birini istifadə edərsə - istər iste’dadlı olsun, istərsə də adi bir insan - onların arasında olan fərq kəmiyyət fərqi deyil, keyfiyyət fərqi olacaqdır.”[1]
Yə’ni, hətta yüksək dərəcəli və heyrətli qüdrətdən istifadə edən fitri iste’dadlı insanlar belə, yalnız öz beyinlərindəki hüceyrələrin milyardda birindən istifadə edə bilirlər. Lakin onlar öz beyin hüceyrələrinin milyardda birindən bəhrələnməkdə başqalarından daha üstündürlər.
"Bir neçə il öncə müasir riyaziyyatçılardan biri mühüm bir mətləbi camaata çatdırmış və təxmini olaraq hesablamışdır ki, insanın beyni praktik olaraq on vahid mə’lumatı öz beynində ehtiyat saxlaya bilər. Əgər bu rəqəmi sadə dillə bəyan etmək istəsək, deməliyik ki, bizlərdən hər birimiz Moskvada yerləşən ən böyük dünya kitabxanasındakı milyonlarla cild kitabın mə’lumatını öz hafizəsində saxlaya bilər. Bu söz ilk baxışda çox heyrətli nəzərə çarpır.”[2]
Diqqət yetirmək lazımdır ki, insan beyninin qüdrəti dünya islahatçısının parlaq nurlarının saçması nəticəsində təkamülə çatsa və insan öz beyninin milyardda birindən deyil, bütün qüvvələrindən istifadə etsə və beləliklə elm və mədəniyyət dünyanın hər yerini bürüsə, görəsən dünyanın görünüşü necə olacaqdır?!
Əgər insan əqli təkamül nəticəsində öz ruhunun müxtəlif qüdrətlərindən istifadə etsə, cismini də öz ruhuna tabe etdirə və "tərəvvöh” qüdrətinə malik ola bilər. Yə’ni özünün maddi cismini enerjiyə və dalğaya çevirməyə qadir olar. İnsan bu işə qadir olduğu zaman bir çox kəramətli işləri həyata keçirəcəkdir.
Qeybət dövründə də teyyül-ərz qüdrətinə malik olan azsaylı insanlar cisimlərindəki maddiyyat və təcəssüm halətini götürməklə özlərini dalğa və enerji şəklinə salır və bir anda yer kürəsinin başqa bir nöqtəsində zahir olurlar. Onlar malik olduqları bu qüdrətlə özlərinin ruha çevrilmiş cisimlərini istədikləri nöqtəyə doğru hidayət edir və orada təcəssüm tapa bilirlər.

 
  Bu gün 29 ziyaretçi (42 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=