Shia ahli
  Peyğəmbərin İmam Hz. Hüseynə ağlaması
 

1.Ümmul-Fəzl hədisi:
«Müstədrək» Səhiheyndə, İbn Əsakirin «Tarix»ində, «Məqtəl»i Xarəzmidə və xüləfa məktəbinin digər kitablarında belə yazılıbdır: -Harisin qızı Ümmül-Fəzldən rəvayət edirlər ki, o Allahın Peyğəmbərinin (s) hüzuruna gedib dedi: -Ey Allahın Rəsulu! Keçən gecə mən, xoşagəlməz bir yuxu gördüm! Buyurdu: «Nə görmüsən?» Dedi: -Çox çətindir! Buyurdu: «Nə idi?» Dedi: -Gördüm ki, elə bil sizin bədəninizdən bir tikə qopur və mənim ətəyimdə qərar tapır! Allahın Rəsulu buyurdu: «Yaxşı bir şey görübsən; Fatimə – inşallah-bir oğlan uşağı dünyaya gətirəcək və sənin qucağına qoyulacaq». (O xanım deyir): Ondan sonra, Peyğəmbərin buyurduğu kimi – Fatimə, Hüseyni dünyaya gətirdi və onu mənim qucağıma qoydular. Bir gün Allahın Rəsulunun (s) yanına getdim, Hüseyni Həzrətin qucağına qoydum. Bir az sonra diqqəti məndən yayındı. Birdə gördüm qəfildən Peyğəmbərin (s) gözündən sel kimi yaş axır! Dedim: -Ey Allahın Nəbisi! Atam-anam fədanız olsun, sizə nə oldu!? Buyurdu: «Cəbrail əleyhis-səlatu vəssəlam görüşümə gəldi və mənə xəbər verdi ki, ümmətim tezliklə bu balamı öldürəcəkdir». Dedim: -Bunu!? Buyurdu: «Bəli, o, (hətta) mənim üçün onun qızarmış torpağından da bir qədər gətirmişdi». «Müstədrəki Səhiheyn» kitabının müəllifi Hakim deyir: «Bu hədis Şeyxeynin (Buxari və Müslim nəzərdə tutulur) şərtlərilə səhih (doğru) hədisdir, lakin öz kitablarında gətirməyiblər .

2. Zeynəb bint Cəhəşin rəvayəti:
-İbn Əsakirin «Tarix»ində, «Məcməuz-zəvaid»də, İbn Kəsirin «Tarix»ində və xüləfa məktəbinin digər kitablarında rəvayət edirlər ki, Zeynəb deyib: -Günlərin birində Allahın Rəsulu (s) mənim evimdə idi, mən də təzə yeriməyə başlayan Hüseyni saxlayırdım. Bir anlığa ondan qafil oldum və o, Allah Rəsulunun (s) yanına getdi. Peyğəmbər buyurdu: «Onu rahat burax.» - sonra o qadın dedi: -«Sonra əlini yuxarı qaldırdı. Peyğəmbər (s) namaz qıldı; ondan sonra dedim: -Ey Allahın Rəsulu! Mən bu gün sizdən bir iş müşahidə etdim ki, indiyə qədər görməmişdim?!» Buyurdu: «Cəbrail mənim yanıma gəlib mənə xəbər gətirdi ki, ümmətim bunu (övladımı) öldürəcəkdir.» Dedim: «Onda torpağını mənə göstər və o da qırmızı rəngli bir türbət gətirdi»

3. Aişənin rəvayəti
«Tarix»i ibn Əsakirdə, «Məqtəl»i Xarəzmidə, «Məcməuz-zəvaid»də və məktəbi xüləfanın digər kitabları Əbi sələməh bin Əbdürrəhmandan o isə Aişədən rəvayət edir ki, Aişə deyib : «Elə ki, Allahın Rəsulu (s) Hüseyni öz dizi üstə əyləşdirdi, Cəbrail onun yanına gəlib dedi: «Bu sənin övladındır? Buyurdu: «Bəli». Dedi: «Amma ümmətin tezliklə – səndən sonra – onu öldürəcəkdir. Peyğəmbərin gözləri yaşla doldu. Cəbrail dedi: - İstəsən öldürüləcəyi torpağı sənə göstərərəm. Buyurdu: «Bəli, göstər.» Cəbrail də, Təf (Kərbəla) vilayətindən bir torpağı o Həzrətə göstərdi.» Başqa yerdə isə bir qədər fərqli rəvayət olunur: «Cəbrail İraqda Təf deyilən vilayətə tərəf işarə edib oradan qızarmış torpaq götürərək ona (peyğəmbərə) göstərdi və dedi: «Bu onun qətlgahının torpağıdır.»

4. Ümmü Sələmənin (bu xanım Peyğəmbərin (s) ən möhtərəm zövcələrindən biridir) rəvayəti.
Bir şəxs nəql edir:
- Ümmü Sələmə (Allah ondan razı olsun), mənə xəbər verdi ki: -Bir gecə Peyğəmbər (s) yatmaq üçün yatağına uzandı (azca) sonra pərişan halda oyandı, sonra yenidən yatıb yuxuya getdi. Dübarə oyandıqda onu artıq əvvəlki qədər qanı-qara görmədim. Sonra yenə yatdı. Oyandıqda əlində olan qırmızı rəngli torpağı öpürdü. Ərz elədim: Ey Allahın Rəsulu (s), bu torpaq nədir? Buyurdu: «Cəbrail mənə xəbər verdi ki, (Hüseyn (ə)) İraq torpağında qətlə yetiriləcəkdir. Cəbrailə dedim: «Öldürüləcəyi yerin torpağını mənə göstər. Məndəki (bu gördüyün) torpaq elə oranın torpağıdır.» «Müstədrək»in müəllifi Hakim deyir: Bu hədis Şeyxeynin (Buxari və Müslim) şərtləri ilə səhih hədisdir, amma onu öz kitablarında göstərməyiblər.

5. Ənəs ibn Malikdən hədis
Ənəs ibn Malik rəvayət edir ki: «Mələklərin içindən «Qətər» adlı bir mələk, öz Pərvərdigarından Peyğəmbərlə (s) görüşə gəlməyə icazə istədi. Tanrı ona izn verdi. O mələk Ümmü Sələmənin növbəsi günündə daxil oldu. Peyğəmbər (s) Ümmü Sələməyə buyurdu: «Muğayət ol ki, bir adam bizim məclisimizə daxil olmasın.» O, qapı ağzında olduğu vaxt, qəflətən Hüseyn ibn Əli (ə) ora gəlib qapını açıb içəri daxil oldu. Peyğəmbər (s) onu bağrına basıb çoxlu öpdü. O mələk (Peyğəmbərə (s)) dedi: -Onu sevirsən? Buyurdu: «Bəli». Dedi: «ümmətin tezliklə onu öldürəcəkdir! İstəyirsənmi onun öldürüləcəyi məkanı sənə göstərim? Buyurdu: «Bəli, istəyirəm.» (Ravi) deyir: «O mələk onun qətlə yetiriləcəyi məkandan bir ovuc götürüb o Həzrətə göstərdi. Bir qədər sonra (Peyğəmbər) bir miqdar qırmızı qum ya torpaq gətirdi. Ümmü Sələmə onu götürüb öz paltarının cibinə qoydu. Bu hədisin ravisi olan Sabit deyir: -«biz o vaxt deyirdik – Ora Kərbəladır!»

 
  Bu gün 159 ziyaretçi (226 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol