Shia ahli
  QADIN VƏ KİŞİ HÜQUQU
 

Kişinin qadın üzərindəki haqqı təkcə ər-arvad münasibətlərində xülasə olunur. Bişirmək, yumaq və s. kimi camaat arasında məlum olan vəzifələr kişilərin haqqı deyil, qadınların əxlaqi vəzifələrindəndir. Buna misal olaraq İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) qızının izdivacının ilk günü təbrik demək üçün Həzrət Zəhra (salamullahi əleyha)-nın mənzilinə gedərək, ev işlərinin o iki böyük şəxsiyyətin arasında bölüşdürməsini qeyd etmək olar.
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) o zaman Zəhraya belə buyurdu: "Zəhra can, evin daxili işləri: çörək bişirmək, arpa-buğda üyütmək, evi təmizləmək, uşaq saxlamaq və s. bu kimi işlər sənin, odun və su gətirib ev ləvazimatını, eləcə də mənzildə ehtiyac duyulan məişət əşyararı tədarük görmək və s. Əlinin öhdəsinədir.”


Sonra Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) bütün mömin qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi:
"İşlərin bu cür bölünməsindən necə xoşhal
olduğumu Allahdan başqa heç kəs bilmir.”[Bu hədis azacıq fərq və əlavələrlə "Biharül-ənvar”ın 10-cu cildinin 24 və 25-ci səhifəsində gəlmişdir və yuxarıdakı cümlənin yerinə belə deyilib: "Allah Rəsulunun (s) məni evdən kənarda kişilərlə üz-üzə gəlməkdən azad etməsinə görə dünyalar qədər xoşhal oldum.”)

Kişi və qadın ər-arvad münasibətindən əlavə, bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında rəfaqət olmazsa iş çətinləşər. Ümumiyətlə, hər hansı bir yerdə, ələlxüsus ev mühitində əgər təkcə qanun hökm edərsə lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, təkcə məhəbbətin hakim olması nəticə vermir; qanun, məhəbbət və səfa-səmimiyyət birlikdə olmalıdır.
"Həqiqətən Allah (camaatı) ədalət və ehsana əmr edir.”
Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi, bir-birinə qarşı ürək yanan və dost sözünün əsil mənasında olmalıdırlar.
Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-mömininin (əleyhissalam) mənzilinə gəldikdə onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub buyurur: "Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-ömrənin savabı nəsib olar.”

 
  Bu gün 77 ziyaretçi (127 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol