Shia ahli
  Dua
 

Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bil­məyəcəyini və bunları ona ancaq Allahın verə biləcəyini qəbul etmiş olur. Dua Alla­ha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quranda da möminlə­rin əsas xüsusiyyətlərindən birinin «gecə-gündüz səbir edərək Allaha dua etmək» ol­duğu belə xəbər verilir:

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbir­li apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!» («Kəhf» surəsi, 28).
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrəni­lən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Bu­na görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk et­mək lazımdır.

Quranda duanın ancaq təkbaşına və «için-için» edilməsinin vacibliyi bildirilir. Dua­nın həqiqətən istənilərək, Allah qarşısında insanın acizliyinin və fəqirliyinin qavranılaraq edilməsi vacibdir. Bu vəziyyətdə ediləcək dua Quranda bildirilən «için-için və yalvara-yalvara» ifadəsi ilə uyğun olacaqdır:

«Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!» («Əraf» surəsi, 55).

Quranda da möminlərin gizli şəkildə və son dərəcə səmimi dua etdikləri xəbər veri­lir. Hz. Zəkəriyyə bu məsələdə nümunə göstərilən peyğəmbərlərdən biridir:

Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Zəkəriy­ya Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: «Ey Rəbbim! Artıq sü­müyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxu­ram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et» («Məryəm» surəsi, 2-5).

Başqa bir ayədə isə duanın «ümid və qorxu» içində edilməsinin vacibliyi xəbər veri­lir: «Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edərlər» («Səcdə» surəsi, 16). Mömin daxilində həm Allaha qarşı ehtiram dolu bir qorxu duyacaq, həm də onun rəhmətinə və nemətinə ümid bəsləyəcəkdir.

Allah səmimi şəkildə öz rizası üçün edilən duanı qəbul edəcəkdir. Quranda bu möv­zu ilə bağlı verilən ayələr belədir:

«Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıra­nın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər» («Bəqərə» surəsi, 186).

Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə iba­də etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər!» («Mu­min» surəsi, 60).

İnsan dua edərkən Allahın onu qəbul edəcəyinə əmin olmalıdır. Allahın hər yeri ehtiva etdiyinin fərqində olub buna daxilən iman gətirən bir mömin Allahın onu hər zaman hər yerdə görüb eşitdiyi şüuru ilə dua edər. Coşğulu ümidlə, bir an belə ümidsizliyə düşmədən duasının qəbul edilməsini gözləyər.

Allahın köməyindən qətiyyən şübhələnməyərək, qəbul olacağına qətiyyətlə iman gə­tirərək duanı dilə gətirmək lazımdır. Əks bir davranış nümayiş etdirən, yəni Allahın icabətinə qarşı şübhə ilə yanaşan insanın etdiyi dua isə Quran məntiqi ilə düz gəlmir. Çünki duanın özündə Allaha tam inam vardır. Hz.Salehin «Şübhəsiz, mə­nim Rəbbim yaxın və (duanı) qəbul edəndir» («Hud» surəsi, 61) ifadəsi ilə bildirildiyi kimi, mömin Allaha qarşı tam bir inam içində olmalıdır.

Ancaq bu icabət insanın istədiyi hər bir şeyin mütləq həyata keçməsi anlamına gəl­məz. Çünki bəzən insan, həqiqətdə, özü üçün zərərli olan bir şeyi də Allahdan istəyə bilər. Bu vəziyyətdə Allah ona istədiyini vermək əvəzinə daha xeyirli və gözəl olan bir başqa şeyi verər.

Allah hər zaman səmimi bir duanı qəbul edər. Ancaq bu icabət hər zaman insanın tələbinin eynilə yerinə yetirilməsi demək deyildir (Həmçinin «icabət», «cavab ver­mək» mənasını daşıyır).

Çünki insan «…Olur ki, xoşunuza gəlməyən bir şey sizin üçün xeyirlidir və olur ki, sevdiyiniz şey də sizin üçün bir zərərdir. Allah bilər, amma siz bilməzsiniz» («Bəqə­rə» surəsi, 216) hökmünə görə nəyin yaxşı, nəyin pis olduğunu hər zaman ayırd edə bilmir. Bu səbəbdən fərqinə varmadan «İnsan xeyrə dua etdiyi kimi, zərərə də dua edər. İnsan çox tələsəndir» («İsra» surəsi, 11) ayəsinə görə bəlkə həqiqətən zərərli olan bir şeyi istəyər.

Bu səbəbdən insan Allahdan əvvəlcə Onun razılığını, Onun rəhmətini istəməlidir. Al­lahdan özünün tərbiyələnməsini və kamilləşməsini diləməlidir. Bunun necə olacağı­nı Allah daha yaxşı bilir. Həmçinin peyğəmbərlərin duaları da bu şəkildədir. Hz.Sü­leymanın «Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver» («Nəml» surəsi, 19) şəklindəki duası bir nümunədir.

Bununla yanaşı, mömin Allahın Quranda təriflədiyi və nümunə olaraq göstərdiyi hər cür neməti Allahdan istəyə bilər. Bu barədə etdiyi duasında isə son dərəcə səmimi və ürəkdən davranmalı, istədiyi hər şey üçün Allaha dua etməkdən çəkinməməlidir. Çünki insanın nə istədiyini bilən, ona istədiyini verən yalnız Allahdır.

 
  Bu gün 36 ziyaretçi (510 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=