Shia ahli
  3 sual
 

Cavan oğlan öz suallarına cavab verə biləcək adam tapmağa çalışırdı. Çoxları ilə görüşdü, lakin heç kim cavab verə bilmədi. Bir gün o,oxumuş müsəlmana rast gəldi və ona həmin sualları verdi.
1.ALLAH var? Əgər varsa,onu mənə göstər (təsvir elə)!
2.Tale nədir?
3.İblis oddan yaranıb, bəs nəyə görə o, cəhənnəmə vasil olacaq, orda hər şey odun içindədir, axı o, ağrı hiss etməyəcək? Nəyə görə ALLAH bunu fikirləşməyib?
Birdən mömin ona güclü bir sillə vurur.
Cavan oğlan çaşqınlıq içində soruşur:
- Sən nəyə görə mənə hirsləndin?
Müsəlman cavab verir:
- Mən hirslənmədim, sənin suallarına cavab verdim!
- Necə yəni?
- Mən səni vurandan sonra sən nə hiss etdin?
- Əlbətdə mən ağrı hiss elədim!
- Deməli sən ağrının olduğuna inanırsan?
- Bəli!
- Onda onu mənə göstər (təsvir elə).
- Mən bacarmıram.
- Bu, sənin birinci sualının cavabı idi...İndi de görüm, sən dünən yuxuda mənim səni vuracağımı görmüşdün?
- Yox.
- Sən nə vaxtsa fikirləşmisən ki, mən səni bu gün vura bilərdim?
- Yox.
- Bu taledi... Mənim sənə sillə vurduğum əlim nə ilə örtülüb?
- Dəri ilə!
- Bəs sənin üzün?
- O da dəri ilə!
- Bəs səni ağrıdırdı?
- Bəli,çox!
- Bu da sənin üçüncü sualının cavabı!

Bəs siz həmin ruhaninin yerində olsaydınız bu suallara necə cavab verərdiniz?

 
  Bu gün 186 ziyaretçi (305 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol