İmam Səccad (ə)
İran, İkinci Xəlifə Ömərin Dövründə Müsəlmanlar Tərəfindən
Fəth Olunduqdan Sonra İran Şahı Yəzdgirdin Qızları Mədinəyə Gətirildilər. Hamı
Mədinə Məscidinə Yığışaraq Ömərin Nə Əmr Edəcəyini Gözləyirdi. Ömər Onları
Satmaq İstədikdə Əli (Ə) Bu İşə Mane Olub Buyurdu: “Qızları Sərbəst Burax, Qoy
Öz İstədikləri Adama Ərə Getsinlər.” Bu Vaxt Qızlardan Biri Hüseyn İbn Əlini, O
Birisi İsə İmam Həsən Müctəbanı Özünə Ər Seçdi. Əli (Ə) Hüseynə Buyurdu: “Bu
Qızı Lazımınca Qoru, Çünki Onun Bətnində Allahın Yer Üzündə Ən Yaxşı Bəndəsi Və
Bütün İmamların Atası Olan Bir İmam Dünyaya Gələcəkdir. ” Çox Keçmədi Ki, Əli
İbn Hüseynin Vücudunun Günəşi, Hicri 38- Ci İlin Şaban Ayının 5- Də Cümə Axşamı
Günü, Mədinədə İşiqlandı. Uşağın Adını Əli Qoydular, Sonralar İsə Zeynül-Abidin
Və Səccad Ləqəblərinin Sahibinə Çevrildi.
Qısa baxış
Adı: Əli
Ləqəbi: Səccad Və Zeynül-Abidin
Kunyəsi: Əbu Muhəmməd
Atası: Hz. Hüseyn (Ə)
Təvəllüd Tarixi: Hicri 38-Ci İl
İmamlıq Müddəti: 35 İl
Ömrü: 57 İl
Şəhadəti: Hicri 95-Ci İldə Hişam İbn Əbdülməlikin Əmri İlə
Zəhərlənmişdir.
Məzarı: Mədinə, Bəqi Qəbristanlığı.
Hərəkatın
başlanması
Hicri 61-Ci
Ilin Məhərrəm Ayının 11-Də Səhər Çağı, Imam Zeynül-Abidin (Ə) Şəhidlərin Ailəsi
Ilə Birlikdə Düşmən Tərəfindən Mühasirə Olunmuş Bir Vəziyyətdə Ikən Əl-Ayaöını
Da Zəncirlə Bağlayaraq O Həzrətin Daha Çox Narahat Olması Üçün Şəhidlərin
Başlarını Gözünün Qabağında Qoymuşdular. Heç Şübhəsiz Əgər Bu Imam (Ə)
Kərbəlada Olmasaydı Və Yezidin Cinayətlərini Yaxından Görməsəydi Və Həmin
Cinayətlərini Yaxından Görməsəydi Və Həmin Cinayətləri Kufədə Və Şamda Xalqa
Izah Etməsəydi, Bəni Üməyyə Höküməti Tarixdə Bu Dərəcədə Rüsvay Olmazdı. Hüseyn
(Ə) Xanədanı, Onları Məğlub Hesab Edən Bir Dəstə Cahilin Güman Etdiyinin Əksinə
Olaraq Getdikləri Hər Bir Yerdə Öz Inqilablarının Qələbəsindən, Yezidin Isə
Məğlubiyyətindən Danışırdılar. Bundan Üstün Qələbə Nə Ola Bilər Ki, Düşmən
Onlardan Qorxurdu Və Danışmağa Ağızlarını Açanda Xalq Onları Alqışlayıb Afərin
Deyərək Düşmənlərinə Lənət Söyləyirdilər?!
İbn Ziyadın
sarayında
Məmurlar
Kufədə Vəziyyətin Gərginləşdiyini Ibn Ziyada Xəbər Verdikdə Əsirlərin Tezliklə
Saraya Gətirilməsini Əmr Etdi. Ziyadın Alçaq Və Satqın Oğlu Təntənəli Bir
Yığıncaq Təşkil Edib Kufənin Böyüklərini Də Oraya Dəvət Etmişdi. Beləliklə Də
Öz Qüdrətini Onlara Göstərib, Lovğalanmaq Və Riya Etmək Istəyirdi. Elə Bu Vaxtı
Hüseynin (Ə) Sağ Qalmış Ailə Üzvlərini Oraya Gətirdilər. Orada Olanların Hamısı
Onlara Baxırdılar. Əsirlərin Heç Biri Kufə Cəlladı Ibn Ziyada Məhəl Qoymadı.
Ibn Ziyad Qəzəblənmişdi Və Onlara Hörmətsizlik Etmək Istəyirdi, Lakin Cəsarəti
Çatmadı. Həzrət Səccad (Ə) Ona Xitab Edib Buyurdu: “Ey Ziyad Oğlu! Bu Gün
Qüdrət Taxtında Oturubsan, Peyğəmbərin (S) Uşaqları Isə Qarşında Durublar. Belə
Güman Etmə Ki, Bizim Nəzərimizdə Qiymətli Bir Dəyərin Vardır.” Bu Cümlələr Ona
Elə Təsir Etdi Ki, Kufənin Zülmkar Hakimi Əl-Ayağını Itirib Yaman Söyməyə Və
Təhdid Etməyə Başladı. O, Əmr Etdi Ki, Imam Səccadı (Ə) Da Öldürsünlər.
Əsrlərin Hərəkəti Və Orada Olanların Etirazı Ibn Ziyadın Verdiyi Əmri Geri
Götürmək Məcburiyyətində Qoydu. Amma Imam Səccad (Ə) Yenidən Ona Xitab Edərək
Belə Buyurdu: “Məni Öldürməklə Qorxudursan? Öldürülmək Bizim Adətimiz, Şəhid
Olmaq Isə Kəramətimizdir.” Ibn Ziyad Çaş-Baş Qalmışdı, Onun Əsirlərini Oradan
Aparmaq Əmrini Verməkdən Başqa Heç Bir Çarəsi Qalmamışdı.
Yezidin
məclisində
Peyğəmbər
(S) Xanədani Artiq Yorğun Və Narahat İdiş Onlari İplə Bir-Birinə Bağlayib
Yezidin Sarayina Apardilar. Onlar Yezidlə Də İbn Ziyadla Davrandiqlari Kimi
Rəftar Edirdilər. Bu Vaxt İmam Səccad (Ə) Buyurdu: “Ey Yezid! Sən Özünü
Müsəlman Hesab Edirsən, Amma Əgər Peyğəmbər (S) Bizi Bu Vəziyyətdə, Belə
Bağlanmiş Halda Görsə, Səninlə Necə Rəftar Edər Və Sənə Nə Deyər?” İmamin Bu
Qəti Cümləsi Orada Olanlarin Hamisini Ağlatdi. Yezid İsə Qorxusundan Tez
İplərin Kəsilməsini Əmr Etdi. Daha Sonra Yezid Ağir Sözlər Deməyə Başladi.
Lakin Hüseynin (Ə) Övladlari, O Cümlədən İmam Səccad, Qarşisinda Dayanib
İfşaedici Sözləri İlə Onu Rüsvay Edirdilər. İş O Yerə Çatdi Ki, Yezidin
Hərəmxanasinin İçindən Belə Etiraz Və Ağlamaq Səsləri Ucaldi. Bu Etiraz Və
Ağlamaqlarin Hər Biri Yezidin Başina Dəyən Bir Çəkicə Bənzəyirdi Ki, Onu İşrət
Yuxusundan Oyadirdi. O, Başa Düşdü Ki, Əgər Peyğəmbərin (S) Varislərini Bir Az
Da Öz Sarayinda Saxlasa, Qiyam Başlanar Və O Zaman Da Yezid Həlak Olar. O, Özünü
Xalqin Etiraz Qəzəb Dənzində Qərq Olunmuş Bir Vəziyyətdə Görür, O Yan Bu Yana Baxaraq Özünə Bəraət Qazandirmaq Üçün Çixiş Yolu
Axtarirdi. Birdən Qişqirib Dedi: “Allah Bu İbn Ziyada Lənət Eləsin. Mən Hüseyni
Öldürmək Və Ailəsini Əsir Aparmağa Razi Deyildim.” Lakin Artiq İş İşdən
Keçmişdi Və Hami Bilirdi Ki, Əsl Cinayətkar Onun Özüdür. Buna Görə Də
Rüsvayçiliq Artmasin Deyə Dərhal Əmr Etdi Ki, Əsirləri Onlar Üçün Qabaqcadan
Hazirlanmiş Xüsusi Yürə Aparsinlar. Peyğəmbərin Övladlarini Həmin Yerə Apardilar.
Lakin Onlar Orada Da Sakit Durmayib Xalqa Yeaidin Cinayətləri Barədə Məlumat
Verirdilər. Hətta İmam Hüseynin Üç Yaşinda Olan Qizi Rüqəyyə Də Bu Mübarizədə
İştirak Edirdi.
Kərbəla
inqilabının carçısı
Qeyd
etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş,
atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və
İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş, öz söhbət və
çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini
oyatmaqla məşğul olmuşdur. Əməvi hökumətinin Müaviyyənin dövründən e’tibarən
Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə
almaqla şübhəsiz ki, əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü
açaraq camaatın fikrini oyatmasaydılar, İslam düşmənləri və hökumət
nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix
səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın
və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd
etməliyik ki, bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi
vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi
hər yerdə rüsvay etdi. İmam Səccad əleyhissəlamın təbliğati mübarizələrini İmam
Hüseyn əleyhissəlamın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün
burada yalnız bununla kifayətlənirik.
Aşura
xatirəsini əbədi saxlamaq
İmam Hüseyn
əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə
Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şər’iliyini sual altına
aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi
mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki, bu yandırıcı
göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki
Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki, o faciəni öz
gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar.
Ancaq şübhəsiz ki, İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir
siyasi tə’sir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması
Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad
(əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş
süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “(Yezidin adamları)
suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və
onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad
(əleyhissəlam) buyurardı: “Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma
düşərkən qəhər məni boğur.” Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir:
“Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: “Vay
olsun sənə! On iki oğlundan biri itmiş Yə’qub Peyğəmbər öz oğlunun ayrılığına o
qədər ağladı ki, gözləri kor oldu, qəm-qüssənin çoxluğundan beli büküldü.
Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq
mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və on
yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç
mənim qəm-qüssəm qurtararmı?” Misirin adlı-sanlı adamlarından biri olan Səhl
ibn Şüeyb deyir: “Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim:
“Kefiniz necədir?” Buyurdu: “Mən bilməzdim ki, Misirdən olan sizin kimi böyük
bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən,
sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin
oğullarını öldürüb qızlarını diri saxlayan fir’onların arasındakı vəziyyətə
bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki, camaat
minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.
Şəhadəti
İmam Səccad
(Ə) Nəzarət Altinda Olduğu Üçün Təbliğat Vəzifəsini Dua Şəklində Bəyan Etmək
Məcburiyyətində Qalmişdi. Onun Dualarinin Külliyati “Səhifeyi-Səccadiyyə” Adli
Bir Kitabda Toplanmişdir.