Shia ahli
  Göyün yeddinci qaında ilahi quş
 

Mən dini kitabdan oxuduğum bir mövzunu Allahın izniylə sizinlə də bölüşmək istəyirəm.

Bu göyün yeddinci qatındakı ilahi quş barəsindədir. Allahın Rəsulu (s.a.a) bu barədə belə buyurur: Hər şeydən uca olan qadir Allah göyün yeddinci qatında zümrüddən sütun yaratmışdır. Onun qübbəsi "ağ mirvari"dəndir. Həmin zümrüd sütun başında xoruza bənzər quş var. Quşun min beş yüz lələyi qiymətli daş-qaşlarla bəzənmişdir. Hər bir lələyin üzərində yaşıl hərflərlə "Bismillahir-Rəhmanir-Rəhim və Allahdan başqa Məbud yoxdur, Həzrət Muhəmməd Allahın (c.c) Peyğəmbəridir" sözləri təsvir edilmişdir. Həyatda yaşayan hər bir adam hər dəfə bu kəlmələri dilinə gətirəndə quş qanadlarını gərir və Allah-təala həmin adamlara öz mərhəmətini göndərir. Hər gün beş namaz vaxtı ilahi quş qanadlarını bir-birinə çırpır, hər namaz qılınarkən minlərlə səs-səda göyə yüksəlir. Bu səs-sədanın təsirindən Cənnətdəki bütün ağaclar hərəkətə gəlir, ağacların budaqları bir-birinə dəyir. Cənnət ilahi quşun səsinə qərq olur. Allah-təala ara-bir ilahi quşdan soruşur: Səndə nə baş verir ki, belə səs çıxarırsan? Quş bir qayda olaraq Ona belə cavab verir: İlahi, Sənin mömin qulların Sənə ibadət edirlər, Sənin mərhəmətinə ümid bağlayır, Sənə yalvarışlarla müraciət edirlər.

Allah-təala buyurur: Mənim qullarım gündə beş dəfə mərhəmət və səxavətimdən istifadə etməyə layiqdirlər və Mən onları Cəhənnəm əzabından azad etmişəm, gələcək həyatlarında rahatlığını yaradıb Cənnətə göndərəcəyəm.

İnşallah bu mövzunun namaz qılmayan və namaz qılmağa hazırlaşan insanlara köməyi dəyər.


 
  Bu gün 35 ziyaretçi (463 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=