Təvəllüd
Beşinci İmam Həzrət Muhəmməd Baqir (Ə) 57-Ci Hicri İlinin
Rəcəb Ayinin Birində Mədinədə Dünyaya Gəldi. Babasina Çox Bənzədiyi Üçün O
Həzrətin Adini Muhəmməd Qoydular. Elmin Sirrlərini Aşkar Etdiyinə Görə İsə Ona
Baqir Ləqəbini Verdilər. Atasi Həzrət Səccad (Ə), Anasi İsə İmam Həsənin
Qizlarindan Sayilan Fatimə İdi. O Həzrət (Ə), Nəsli Həm Ata, Həm Də Ana
Tərəfindən Həzərt Peyğəmbərə (S) Çatan İlk İmam Sayilir. Onun Həyatini İki
Hissəyə Ayirmaq Olar: 1. İmamətdən Qabaqki 35 İllik Həyati. (Həmin Dövrdə İmam
Mədinədə Yaşayirdi). 2. Təxminən İyirmi İl Davam Edən İmamliq Dövrü. (Bu Dövr
İslam Elm Və Biliklərini Təbliğ Etdiyi Zamandir).
Qısa baxış
Adi: Muhəmməd
Ləqəbi: Baqir
Kunyəsi: Əbu Cəfər
Atasi: Hz. Səccad (Ə)
Təvəllüd Tarixi: Hicri 58-Ci İl
İmamliq Müddəti: 23 İl
Ömrü: 59 İl
Şəhid Olduğu Tarix: Hicri 114-Cü İl
Məzari: Mədinə, Bəqi Qəbristanliği
Elmi məqamı
Həzrət
Baqir (Ə) Elmi Məqami Haqqinda Şeyx Tusi Belə Yazmişdir: “Şam Əhalisindən Olan
Bir Kişi İmam Muhəmməd Baqirin (Ə) Hüzuruna Gəlib Dedi: “Sən Elmli Və
Biliklisən. Belə Ki, Sənin Məclisin Mənim Üçün Çox Mənfəətli Və Dəyərlidir.
Lakin Sənin Məclisində İştirak Etsəm Də, Özünü Və Xanədanini Özümə Düşmən Hesab
Edirəm.” İmam Heç Bir Cavabvermədi. Neçə Gündən Sonra Həmin Kişi
Xəstələnib Yatağa Düşdü. İmam Dostlari İlə Birlikdə Onun Yanina Gəlib Yatağinin
Yaninda Əyləşdi Və Halini Soruşdu. Bu Alicənabliği Görən Şamli Kişi Dediyi Sözdən Peşman Olub İmamdan Nə Cür Üzr
İstəyəcəyini Bilmirdi.” Həzrət Xəstənin Dərmanlarini Və Pəhrizi Haqqinda
Danişdi Və Sağalmasini Dua Etdi. Çox Çəkmədi Ki, O Kişi
Yaşilaşib Xəstəlik Yatağindan Qalxdi. Sabahi Gün İmamin Dərsinə Gəlib Dediyi
Sözdən Peşman Olduğunu Söyləyərək Ondan Üzr İstədi. Beləliklə Də Həmin Şamli Kişi Həmişəlik Olaraq İmamin Dostlarindan Birinə
Çevrildi.
Cabirin
hüzurunda
Hz.
Peyğəmbər (S) Təqvali Səhabələrindən Biri Sayilan Cabir İbn Abdullaha
Buyurmuşdu: “Ey Cabir! Sən Sağ Qalaraq Tövratda Adi Baqir Olaraq Yazilmiş
Övladim Muhəmməd İbn Əli İbn Hüseyni Görəcəksən. O Zaman Mənim Salamimi Ona
Yetirərsən.” Peyğəmbər (S) Öldükdən Sonra Cabir Uzun Müddət Yaşadi. Bir Gün
Cabir İmam Səccadin (Ə) Evinə Gəldikdə Orada Balaca Bir Uşaq Gördü Və Səccaddan
(Ə) “Bu Uşaq Kimdir?” – Deyə Soruşdu. İmam Cavab Verdi: “Bu Oğlum Muhəmməd
Baqirdir Ki, Məndən Sonra Müsəlmanlarin İmami Olacaq”. Bu Zaman Cabir İmamin
Ayağini Öpüb Dedi: “Sənə Canim Qurban Olsun, Ey Peyğəmbərin (S) Övladi. Baban
Peyğəmbərin (S) Salamini Qəbul Et. O Mənim Vasitəmlə Sənə Salam Göndərmişdir.”
İmamin Gözləri Yaşardi Və Buyurdu: “Babam Peyğəmbərə (S) Göy Və Yerlər Durduqca
Salamlar Olsun, Sənə Də Ey Cabir Salam Olsun Ki, Onun Salamini Mənə Yetirdin.”
Özbaşınalıq,
fəsad və ayrıseçkiliyə qarşı mübarizə
Ömər ibn
Əbdüləziz bundan əlavə, öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında
olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların
pulunu beytül-malın hesabına köçürtdü və öz arvadı - Əbdülməlikin qızı Fatiməyə
əmr etdi ki, atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli
hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə isə onun
evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli
hədiyyələr və zinət əşyalarını geri qaytardı. Ömər ibn Əbdüləziz nə təkcə öz
arvadını ədalət qayda-qanunları ilə tanış
etdi, hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min
dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı. İctimai islahat və
özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış
adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişləndirib
Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara
əmr etdi ki, ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam
qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün
mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini
mümkün qədər camaatın yaxasından çəkdi. Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə
çox pis tə’sir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı mübarizəyə başladılar.
Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb
dedilər: “Qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi:
“Mən Qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla
qorxudursunuz?)”
Yalan
şəhadət
Yezid ibn
Əbdülməlik öz qanunsuz əməllərinin üstünü örtmək və gördüyü günahlardan özünə
bəraət qazandırmaq üçün planlı şəkildə qırx nəfər adlı-sanlı qoca kişiləri
məcbur etdi ki, onun günahsız olması barədə şəhadət versinlər. Onlar da şəhadət
verdilər ki, xəlifələr üçün heç bir hesab-kitab və cəza yoxdur. Onların
şəhadəti elə də kiçik iş olmayıb Bəni–Üməyyənin öz hökumətini möhkəmlətməsi
üçün aldadıcı siyasətin bir hissəsi hesab edilirdi. Çünki Bəni-Üməyyə sülaləsi
öz siyasi məqsədinə nail olmaq üçün Mürciə dəstəsi kimi ideoloji bir təriqət
yaratmış, həmin təriqətin ideoloji fəaliyyəti Bəni-Üməyyənin din pərdəsi
altında hökumət dayaqlarının möhkəmlənməsi üçün bir vasitə olmuşdur.
Bəni-Üməyyə hakimiyyətinə qulluq edən bu cür təriqətlər bir sıra təfsir və dini
bəhanələrlə Əməvi xəlifələrinin qeyri-İslami işlərinə pərdə çəkirdilər. İbn
Qüteybə Dinəvəri yazır: “Yezid ibn Əbdülməlik əvvəllər aldadıcı əxlaqına görə
Qüreyş qəbiləsinin məhəbbətini qazanmışdı. Əgər hakimiyyətə gəldikdən sonra
Ömər ibn Əbdüləzizin yolunu davam etdirsəydi, camaat ondan şikayətlənməzdi.
Ancaq o, hamının gözlədiyinin əksinə olaraq hakimiyyətə gəldikdən sonra iş
metodunu tamamilə dəyişib eynilə qardaşı Vəlidin getdiyi yolla getməyə başladı.
Onun bu rəftarı müsəlmanların qəzəbi ilə üzləşməli oldu. Belə ki, camaat onu
hakimiyyətdən salmaq qərarına gəldi. Yezid camaatın hüquq və tələblərinə o
qədər e’tinasızlıqla yanaşırdı ki, hətta Qüreyş və Bəni-Üməyyədən də bir dəstə
adam onun hakimiyyətinin əleyhinə çıxdı. Yezid ibn Əbdülməlik camaatın e’tirazlarına
qulaq asıb öz hakimiyyət metodunu dəyişmək əvəzinə təzyiq və çətinliklərini
daha da artırdı. O, Qüreyş və Bəni-Üməyyə tayfalarının bir neçə böyük
şəxsiyyətini ictimaiyyətdə nizam-intizamı pozmaq və qiyam qaldırmaqda ittiham
edib əmisi Məhəmməd ibn Mərvana əmr verdi ki, onları tutub həbs etsin.
Tutulanlar iki ilə yaxın həbsdə qaldıqdan sonra Məhəmməd onları zəhərləyərək
hamısını qətlə yetirdi. Yezid bundan əlavə, Qüreyşin digər otuz nəfər
adlı-sanlı adamlarını tutub onları külli miqdarda cərimə edərək bütün
mal-dövlətlərini müsadirə edib iflasa uğratdı. Belə ki, onlar Şam və sair
yerlərin ətrafına çəkilib kasıbçılıq içərisində yaşamağa başladılar. Yezid
bununla da, kifayətlənməyib onlarla əlaqə saxlamış bütün adamları qiyam və
hökumətlə müxalifətdə töhmətləndirib dara çəkdirdi.”
İmam Baqir
(ə) Şamda
İmam Baqir
əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama
səfəridir. İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam
Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o
Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün
həmişə onun mə’nəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını
almağa çalışmışdır. İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cə’fər ibn
Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi
il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq
(əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət
və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət mə’murları tərəfindən dərhal
Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli
hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə
olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama
heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra
Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq
əleyhissəlamı Şama (Dəməşqə) göndərsin. İmam Baqir (əleyhissəlam) məcbur olub
əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini
göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını
azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində
o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat
arasında necə gözdən salmaq haqda tədbir tökürdü.
Şəhadəti
Nəhayət,
İmam Muhəmməd Baqir (Ə) İllərlə Zəhmət Və İslam Maarif Və Mədəniyyətinə Xidmət
Etdikdən Sonra Hicri 114-Cü İlin Zilhəccə Ayinin 4-Də 59 Yaşinda İkən, Hişamin
Əmri İlə Zəhərlənib Şəhid Oldu. O Həzrətin Pak Bədənini Bəqi Qəbristanliğinda,
Başqa İmamlarin Yaninda Torpağa Tapşirdilar