Shia ahli
  Qəza və Qədər Nədir?
 

Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur:
1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri "naqis (natamam) illət” adlandırılır) "imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti "vücudun zərurətini” deyil, yalnız ona "vücud imkanı” verir. Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində "imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır. Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü "ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır. Allah-taala buyurur: "...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...” Başqa bir yerdə buyurur: "(Allah) bir işi hökm edəndə ona "ol!” deyər, o da dərhal vücuda gələr.” "Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.”
2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir. Qurani-Kərim öz təlimlərində bu həqiqəti "qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur: "Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.” Başqa bir ayədə buyurulur: "Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.” İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır. Alın yazısı ilə Qəza və Qədər eynidir.

 
  Bu gün 72 ziyaretçi (93 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol