Shia ahli
  Ziyaret ve Tevessul Haqqinda (1-ci hisse)
 

Ziyaraət haqqında üç baxış mövcuddur. Birinci baxış vəhhabilərin baxışıdır. Onlar ziyarəti şirk hesab edirlər. İkinci baxış sünnilərin və bəzi şiələrin baxışıdır. Bu dəstənin fikrinə görə imam vəfat etmişdir. Həzrət Rzanın (ə) ziyarətinə getdiklərində sanki qəbir əhlinin ziyarətinə gedirlər. Onların düşüncəsinə görə imam ölmüşdür?! Deyirlər: "Nə imamı görürük, nə də onun bizi gördüyünü düşünürük!” 
Böyük vəzifə sahibinin, məsələn prezidentin görüşünə gedəndə öz hərəkətlərimizə nə qədər diqqət yetiririk? Dediyimiz sözlərə necə diqqət edirik? Başımızı yan-yörəyə yönəltmirik. Çünki böyük bir məqam sahibinin hüzurundayıq! Həmin məqam sahibi qarşımızda dayanıb bizi görür!
Sizcə Həzrət Rzanın (ə) hüzurunda olanda həmin diqqəti, ciddiyyəti daşıyırıqmı? Sanki ölmüş bir adamın ziyarətinə gedirik. Həzrət Rza (ə) vəfat etmişdir?!
Görən bu insanlar ərəbcə söylənən ziyarətnamə sözlərinin mənasını anlayırlarmı?
Üçüncü dəstə imamı diri, hazır, nazir və qadir bilir. İmam Allahın görən gözüdür. Mömin Allahı hazır bilir. Allahın vasitəsini də hazır və nazir bilir. Mömin imamın diri olduğunu, nazir və qadir olduğunu anlayır. İmamların məqamı daha böyükdür. Mələklərdən də üstündürlər, sadəcə bizim iltifatımız kəmdir. Hərəmə gedib-gəlirik, elə bilirik ki, kimsə bizi görmür. Mələklər bizdən xəbərsiz deyillər, bizi görürlər!
Günlərin birində Kərbəlaya getmişidm. Bizim ustadımızın birinci zövcəsindən övladı olmurdu. Məndən xahiş etdi dostuma deyim ki, soruşub görsün Allah-təala nə vaxt onlara övlad əta edəcək. Çünki mənim dostum ruhları çağırmağı bacarır və cin tayfalarından bəziləri ilə əlaqə saxlayırdı. Onun tanıdığı cinlərdən ikisi İmam Hüseynin (ə) hərəmində xidmət edirdilər. Dostum həmin iki nəfərlə əlaqə saxlayıb mənə dedi ki, gələn ilin Ramazan ayında ustadınız övlad sahibi olacaqdır. O deyən kimi də oldu.
Dostlarımdan Ağamirzə adlı birisi əhvalatı belə görüb öz gələcək təhsili haqqında maraqlandı. Cinlərlə əlaqəsi olan dostum yenə də həmin iki nəfər cinlə rabitə yaradıb bu barədə sual etdi. Cavab gəldi: "İmam Hüseynin (ə) hərəminə daxil olarkən duxul (daxil olma) izni alıb, bir dəfə öz adından, bir dəfə də başqasının naibliyi ilə İmamı ziyarət edən kəsə deyin ki, əgər Nəcəfə getsə müctəhid olacaqdır!”
Bu onu göstərir ki, ziyarətə gələnləri təkcə imam yox, hətta cinlər də görürlər və hər kəsi də tanıyırlar. Yuxarıdakı əhvalatdan aydın olur ki, hətta cinlər bu dostumuzun hər dəfə ziyarətə gəldiyində iki dəfə İmam Hüseyni (ə) ziyarət etdiyini bilirmişlər.
Sizin də ziyarətiniz canlı olmalıdır. Hərəmə daxil olarkən öncə giriş izni alın. Əgər halınız oldu hərəmə daxil olun. Həzrət Rzadan (ə) duxul izni alarkən və ərəbcə "(daxil olummu ey Allahın höccəti?!)" - sözlərini deyərkən qəlbinizə müraciət edin, görün orada bir dəyişiklik yaranıbsa, deməli Həzrət (ə) sizə icazə vermişdir. Həzrət İmam Hüseynin (ə) duxul izni ağlamaqdır. Əgər izn alarkən gözünüzdən yaş gəldisə, bilin ki, Həzrət (ə) sizə giriş izni vermişdir. Bu halda daxil olun. Əgər halınız oldu hərəmə daxil olun, yox, əgər qəlbinizdə heç bir dəyişiklik hiss etmədinizsə, gördünüz əhvalınız ziyarət üçün əlverişli deyil, bu halda ziyarətdən vaz keçib yaxşı olar ki, başqa bir müstəhəbbi əmələ məşğul olasınız.
Üç gün oruc tutun, qüsl alın və yenidən hərəmə gedib giriş icazəsi alın.

 
  Bu gün 73 ziyaretçi (120 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol