Shia ahli
  QADIN İTAETSİZLİK EDENDE KİSİNİN VEZİFESİ
 

QADIN İTAƏTSİZLİK EDƏNDƏ KİŞİNİN VƏZİFƏSİ
Qurani Kərim bu barədə belə buyurur:
"İtaətsizlik və özbaşınalıqlarından qorxduğunuz qadınlara nəsihət və moizə edin.” [Nisa aye 34]
Moizə (nəsihət) olunan sözlər mehribanlıq və məhəbbətlə dolu olmalıdır. Moizə günəş təki ona nur və istilik saçıb dəlil-sübut əsasında olmalıdır.
Camaatın ruhiyyəsi müxtəlif və bir-birindən fərqlənir. Məsələn, qadınlarla söhbətdə atifəli, zərif dəlillərdən istifadə etmək lazımdır, təkcə dəqiq əqli dəlillərin lazımlı təsiri yoxdur. Belə ki, Qurani Kərim də dostluq və mehribanlığa işarə edərək buyurur:
"Allah-Taala sizin aranızda məhəbbət və dostluq yaratdı.”
Buna əsasən əgər qadın vəzifələrinin yerinə yetirilməsində süstlük etsə, onu məhəbbətli və mülayim nəsihətlə moizə etmək lazımdır. Məsələn, evə daxil olub yoldaşınızı kədərli və yorğun görsəniz, özünüzdən çıxaraq onu danlamayın, əksinə mülayim və məhəbbətlə rəftar edib, bu cür rəftarın ailə münasi- bətlərinin soyuqluğuna səbəb ola bilməsini xatırladın.


 
  Bu gün 175 ziyaretçi (254 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol