Shia ahli
  Qeybat
 

Qeybət


Yanında olmayan şəxsin qüsurunu onu alçaltmaq məqsədilə başqalarının yanında söyləməyə, qısa olaraq "Qeybət" deyilir. Hədislərdə isə qeybətin tam açıqlaması verilir: Əbuzər Qəffari belə nəql edir: «Peyğəmbərdən (s.a.a.) soruşdum: - "Qeybət" nədir? Peyğəmbər (s.a.a.) buyurdu: - «Qeybət» qardaşının sevmədiyi bir şeyi söyləməkdir!
- Ey Allahın Rəsulu (s.a.a.), əgər söylədiyim qüsur həqiqətən də onda varsa? Allahın Rəsulu (s.a.a.) buyurdu: - Bil ki, söyləmiş olduğun qüsur həqiqətən də onda varsa, o zaman onun qeybətini etmiş sayılırsan, olmayan qüsuru söyləmək isə "iftira" etmək deməkdir.»
İmam Sadiq (a.s.) bir hədisində belə buyurur: «"Qeybət", qardaşında Allahın üstünü örtmüş olduğu şeyləri deməyindir. "Böhtan" isə qardaşında olmayan qüsurları söyləməyindir.»
Bu hədislərə diqqət edildiyi zaman qeybətin mənası tam olaraq açıqlandığı kimi iftiranın da mənası tam olaraq aydınlaşır.
Hədislərdə qeybətlə iftiranın mənalarının bir yerdə gəlməsinin hikməti bu ola bilər. Dövrümüzdə qeybətlə iftira qarışdırıldığı kimi, bu problemin o vaxtlarda da mövcud olduğu aydınlaşır. Və yaxud da, əsasən bir şeyi onun yaxın mənası ilə tanımaq daha asandır. Belə olan halda qeybətlə iftira yaxın mənalardadır. Qeybətin nə olduğunu yaxşı anlayan bir şəxs iftiranın da nə olduğunu dərk edəcəkdir. Qeybətin tanınması ilə bağlı hədislərdən faydalandıqdan sonra qeybət üçün qeyd etdiyimiz tərifə dönək. Bu tərifə diqqət etdiyimizdə qeybət üçün qeyd edilən ölçünün dörd əsasa bağlı olduğunu görəcəyik:
1- Qeybəti edilən şəxsin yaxınlıqda olmaması.
2- Xoşa gəlməyən bir şeyin olması.
3- Alçaltmaq üçün olması.
4- Başqalarına söz çatdırmaq.

Qeybətin növləri

A) Sözlə qeybət; bu qeybət, hamının bildiyi ən yayılmış qeybət növüdür. Bir müsəlmanın qüsurunu bir başqasına «dillə» deyərək işlədilir.
B) Yazıyla qeybət; İnsan başqasının qüsurunu bəzən demək əvəzinə yazaraq ifadə edir. Bu halda dinləyici əvəzinə oxuyucu vardır. Bu növdə olan yazıları oxumaq da (bəzi hallar istisna olmaqla) günahda şərik olmaq sayılır.
C) Əda yoluyla qeybət; Başqalarının qüsurunu bəzi hal, hərəkət və davranışlarla yamsılamaq da qeybətdir. Bu halda dinləyici əvəzinə izləyici olur.
D) Eyham yoluyla qeybət; Başqalarının qüsurunu eyhamla yamsılamaq da qeybət sayılır. Məsələn, mövqe və məqam düşkünü olan bir şəxsə «Məqam düşkünü olmaqdan Allaha sığınıram» və yaxud çox danışan biri üçün «Çox danışmaq da bir növ xəstəlikdir» demək qeybət sayılır.
E) İşarəylə qeybət; Başqalarının qüsurunu əl, qol və sair işarələrlə yamsılamaq da qeybətin fərqli bir növüdür. Burada da dinləyici əvəzinə izləyici olur.
Bu mövzu ilə əlaqədar olaraq aşağıda qeyd edəcəyimiz rəvayətə diqqət yetirilsə, məsələ daha da aydın olar; «Bir gün Ayişənin yanına bir xanım gəldi. O, çıxıb getdiyi zaman Ayişə əliylə göstərərək həmin qadının qısa boylu olduğuna işarə etdi. Bunu görən Həzrət Muhəmməd (s.a.a.) buyurdu: - Ey Ayişə, onun qeybətini etdin!»

Qeybətlə bağlı ayələr

1-ci ayə:
"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (Hucurat surəsi, ayə 12)
Allah-təala bu ayədə gözəl bir bənzətmə etmişdir: Ayə, inanclı bir müsəlmanı «qardaşa», onun qürurunu «ətinə», qeybəti edilən şəxsi isə (xəbərsiz olduğu üçün) «cənazəyə» bənzətmişdir.
Bu bənzətmələr qeybətin nə qədər pis və qorxunc günah olduğunu açıqladığı kimi, bunu edənin nə qədər də vəhşi, insafsız, pisliyə meylli və vicdansız biri olduğunu vurğulayır. Çünki, insan necə olursa olsun qardaşına və onun cənazəsinə hörmət göstərməli olduğunu bilməlidir. O, qardaşının cənazəsini yeməyi ağlından belə keçirtmədiyi kimi ona ən adi hörmətsizliyi belə düşünə bilməz.
Qeybət edən şəxs, adi və səviyyəsi olmayan bir şəxsdir. O, qardaşının ətini yeməklə sakitləşməyərək bu ziyafətə başqalarını da dəvət edər. Allah, insanlara etmiş olduqları günahların həqiqi üzünü xatırlatmaq üçün «məyyitən» (ölü) təbirindən istifadə edərək, onları bu qəflətdən oyandırmaq və beləcə diksindikləri, iyrəndikləri, pis baxdıqları və nifrət etidkləri şeylərə özlərini də bulaşdırmalarının qarşısını almaq istəyir.
İnsan üçün «Ölü qardaşınızın ətini yemək istəyərsənmi?» sualı o qədər nifrət edicidi bir təklifdir ki, bu təklifi qəbul edən şəxsi heç kim insan belə bilməz. Ona görə də Allah-təala insana «İyrəndinizmi?» sualını verməklə «O zaman iyrəndiyiniz və nifrət etdiyiniz bu kimi şeylərdən çəkinin, qardaşınızın qeybətin edərək onun ətini yeməyin!» deyə buyurur.

2-ci ayə
"(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! (Huməzə surəsi, ayə 1)"
Bu surənin ilk ayəsinə nəzər yetirdiyimiz zaman qeybətin necə də pis, qorxunc və əzabla dolu bir günah olduğu diqqətə gəlir. Çünki, Allah-təala bu surəyə təhdidlə başlamışdır.

3-cü ayə
«Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!»


istinad: www.IslamaDogru.biz
Məlumatlardan istifadə zamanı Halallıq üçün istinad verin!


 
  Bu gün 148 ziyaretçi (206 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol