Shia ahli
  Şərabın Maddi və Menevi Ziyanları (1-ci hissə)
 

"Ey iman gətirənlər həqiqətən şərab, qumar və asılmış bütlər və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır." (Maidə, 90)
Ayədən məlum olduğu kimi mövzu şərab haqqındadır. Şərab nəinki, bizim həmçinin bütün dünyanın ən qlobal məsələlərindən biridir. Bunun üçün mən sizlərə şərabın maddi və mənəvi ziyanlarını qeyd edəcəyəm.
Əziz möminlər mövzuya başlamamışdan əvvəl sizlərə İmam Rzadan (ə) nəql olunan bir hədisi nəzərinizə çatdırmaq istərdim. Muhəmməd ibn Sənan İmam Rzaya (ə) yazdığı məktubda Məkkə camaatı düşünürlər ki, İslamın halal və haramları kor təbii itaətdən başqa bir şey deyil və İslamın göstərişləri dəlil-sübutsuzdur. İmam Rza (ə) cavabında yazır "Məkkə camaatı belə fikirdədirlərsə yollarını azmışlar və aşkar zərər onlara üz gətirmişdir.
Əgər İslamın göstərişləri kor təbii olsaydı və hikmətli Allah dəlil və səbəbsiz hər hansı bir şeyi halal və haram etsəydi, o zaman Haqq əksinə göstəriş verməli idi, belə ki, halalları haram və haramları halal etməli idi. Sonradan camaata kor təbii olaraq namazı, orucu tərk etməyə və qanunsuz cinsi əlaqələr qurmağa vadar edərdi. Halbu ki, belə deyildir. Sonra İmam (ə) belə buyurur: Biz bilirik ki, Allah təalanın halal etdikləri insanların məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması bu hallarla bağlıdır. Camaat bu halal işlərə ehtiyaclıdırlar və onlardan heç bir zaman ehtiyacsız olmayacaqlar. Lakin haram işlər isə cəmiyyətin fəsadına gətirib çıxarır və xalqı məhvə sürükləyir. İmam (ə) yenə buyurur: İslam hökümləri necə dəlilsiz ola bilər? Bir halda ki, hikmət sahibi Allah yalnız insanın məsləhətinə və onun bədəninin sağlamlığına faydalı olanları halal etmiş və haramları isə onlarda zərər və fəsadın mövcudluğuna görə haram buyurmuşdur.”
Bəli əziz müsəlmanlar İmam Rzanın (ə) bu hədisdə bizlərə bir şeyin nə üçün halal və ya haram olduğunu açıq şəkildə bəyan etmişdir. Şərabda bu qəbildəndir.
Maddi zərərləri. Lances İngilis tibb jurnalında nəşr olunan bir yazıda "Az miqdarda spirtli içki qəbul etmək zərərli deyildir.” Kimi nəticələnən bütün tədqiqatların təməlindən alt-üst edildiyi məlum oldu. İndiyə qədər aparılan tədqiqatlarda çox miqdarda spirtli içki qəbul edənlərdən, az miqdarda qəbul edənlərdən və heç qəbul etməyənlərdən bir qrup təşkil edilmişdir. Bunlar əvvəlcə ciddi şəkildə tibbi müayinədən keçirilir və sonra bir-biriləri ilə müqayisə edilirdi. Çox miqdarda spirtli içki qəbul edənlərin səhhəti böyük bir təhlükə altında idi. Nadir halda içənlərin Səhhətində qismən problem var idi. Buna əsaslansaraq "Deməli, az miqdarda spirtli içki qəbul etmək zərərsizdir” nəticəsi çıxarılırdı. Lakin, haqqında danışdığımz tibb adamları nəticənin doğru olmadığını elan etdilər. Müəyyən miqdarda spirtli içki qəbul etmək nə xəstəliklərdən qoruyur nə də ömürü uzadır.
Təfsilatlı şəkilda aparılan tədqiqatlar bunun bir səhv olduğunu göstərirdi. Səbəbi də bu idi: Almanların 96%-i az və ya çox miqdarda hər gün pivə içirdi. Pivənin bu qədər sosial fəlakət halını alan ölkələrdə insanların Pivə qəbul etməyən 4 % isə qənaət bəxş olmayan və bu səbəbdən spirtli içki qəbul edə bilməyən insanlardır. Yəni, həmin adamlar müxtəlif xəstəliklərinə görə içməyə fasilə verənlərdir.
Əvvəllər içkidən istifadə etdiyinə görə sağlamlığını itirən və buna görə də spirtli içki qəbul etməyə fasilə vermək məcburiyyətində qalan insanların "spirtli içki qəbul etməyənlər” kimi göstərməsi doğru deyildir, elə səhvləri də bunda idi. Spirtin hətta damçısıda zərərli və orqanizm üçün zəhərlidir. Artıq elm də bunu isbat etmişdir.

 
  Bu gün 36 ziyaretçi (486 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=