Shia ahli
  Vad Ayesi
 


"VƏD" AYƏSİ

Allah-tәala buyurur: “Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd edir ki, hökmən onları yer üzünün hökmranı edəcək. Necə ki, onların əvvəlkilərinə yer üzünün xilafətini bəxş etmişdi. Onlar üçün bəyəndiyi din və ayini möhkəmlədəcək, qorxularını aramlığa çevirəcək. Belə ki, yalnız Mənə pərəstiş etsinlər və bir şeyi Mənə şərik qoşmasınlar. Bundan sonra kafir olanlar azğınlardır.”[NUR -55]

Yuxarıdakı ayə həzrət Mehdinin (ə) zühur dövrünə və ümumdünya tövhid hökuməti əsrinə aiddir. Bu müddəanın dəlilləri var:
1. Bu ayə dünyanın sonunda İslamın digər dinlər üzərində qələbəsini bildirən digər ayələrə münasibdir.
2. “Əl-ərz” sözü bütün yer üzünə işarədir.
3. Bu vaxtadək qorxu tam şəkildə aramlığa çevrilməmişdir. Bu hal yalnız möminlərin əhatəli hakimiyyəti zamanı yarana bilər.
4. Ayə ilə bağlı nəql olunmuş rəvayətlər nəzərdə tutulmuş mənanı təsdiqləyir.
Qurtubi hazırkı ayə ilə bağlı həzrət Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həmin gün yer üzündə Allah tərəfindən İslam kəlməsi daxil edilməmiş ev yoxdur.” Sudəyy İbn-Abbasdan nəql edir ki, ayə Ali-Məhəmməd haqqında nazil olmuşdur. İmam Səccad (ə) buyurmuşdur: “Bu ayə həzrət Qaimin şəninə nazil olmuşdur.”
İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə Qaim və onun səhabələri haqqında nazil olmuşdur.”
5. Dörd xəlifənin dövründə də yer üzündə kamil əmin-amanlıq yaranmadı. Xüsusi ilə İran və Rum kimi qüdrətli düşmənlər İslam üçün təhlükə mənbəyi idi. Bu səbəbdən də 30 il ərzində çoxsaylı savaşlar baş verdi.
Fəzl deyir: “İmam Sadiqə (ə) ərz etdim ki, bəziləri bu ayənin Əbu-Bəkr, Ömər, Osman və Əli haqqında nazil olduğunu düşünür. Həzrət buyurdu: “Allah onların (“nasibə”) qəlbini hidayət etməz. Axı nə vaxt Allah və onun rəsulunun dini yetərincə təsbit olub?! Axı nə vaxt həmin xəlifələrin dövründə qəlblərdən şəkk-şübhə çıxıb?! Onların dövründə hansı fitnələr qopmadı, hansı savaşlar baş vermədi?!”

 
  Bu gün 33 ziyaretçi (52 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=