Shia ahli
  Hər gün Aşura, hər yer Kərbəla
 
 
Hər gün Aşura, hər yer Kərbəla
Bismillahir-rəhmanir-rəhim. Əgər müsəlman ümmətinin hal hazırki vəziyyətini bir neçə kəlmə ilə təsəvvürlərdə canlandırmaq istəsək, məşhur “Hər gün Aşuradır, hər yer Kərbəla” kəlamından üstün və gözəl, eləcədə qəlbləri hiddətləndirən kəlam tapa bilmərik. Bəli, müsəlmanlar üçün hər yer Kərbəladır, hər gün Aşura. Çünki hər gün dünyanın bütün nöqtələrində zülmə məruz qalmaqda, hüquqları tapdalanmaqdadırlar. Dünyamızda hər gün onlarla müsəlman qanına qəltan olunmaqdadır. Əziz oxucular, biz bu məqalədə yuxarıda qeyd etdiyimiz mübarək kəlamda yer alan müsəlmanlara olunan zülmləri önə çəkmək istəyirik. Gəlin bir anlıq Aşuranı xatırladan bu günümüzdə Kərbəla olan dünyamıza səthi də olsa nəzər salaq... Qarabağ, Fələstin, İraq, Əfqanıstan, Kəşmir və s. İslam torpaqları qan ağlayır. Bir vaxtlar İslam ərazisi olan bu torpaqlar bu gün işğal altındadır. Hər gün dünya da xüsusilə bu torpaqlarda neçə-neçə dinc müsəlman qətlə yetirilir. İndi ilk qibləmiz – Qüds sionistlərin işğalı altındadır. Ötən əsrin ortalarından başlayaraq bu torpaqda on minlərlə insan şəhid edilib, zülmlərə məruz qalıb. Son günlərdə İsrail qəsibkarlar Qəzzada soyqrım həyata keçirirlər. Fələstin xalqı artıq 1000-dən artıq şəhid vermişdir. Bölgədə hətta ərzaq və tibbi ləvazimatlar tapılmır. Çünki kafir ölkəsi bu dövləti blokada şəraitində saxlamaqdadır. Lakin şükr olsun ki, bu torpaqda həqiqi müsəlmanlar, haqq aşiqləri, mücahidlər var və kifayət qədərdir. Onlar işğalçılara qarşı cihad edirlər. Bu vətəndə 5-6 yaşlı ayaqyalın və aç uşaq da qorxmadan düşmən tankına daş atır. Fələstinə qonşu olan Livan da illər boyu İsrailin işğalına məruz qalmiş, çox sayda şəhidlər vermiş, soyqırımlar görmüşdür. Lakin Hüseyn (ə)-ın eşqınə malik bu xalq öz torpaqlarını azad etdi. Ötən ilin yayında 33 günlük müharibədə İsrailin işğalçı planını diz üstə çökdürən bu Allah qoşunu Kərbəladan örnək götürüb. Müasir silahları ilə dünya birincilərindən olan İsrail İmam Hüseyn (ə) eşqilə yaşayan, Kərbəlanda olanları özlərinə ideologiya qərar verən haqq aşiqi olan Allah qoşununun qarşısında tab gətirməyərək geri çəkildi. Bəli, Allahın ordusu qalibdir! İndi Kərbəla şəhərinə nəzər salsaq İmam Hüseyn (ə) zamanındakı Kərbəladan geri qalmır. Bu gün də bu müqəddəs torpaqda haqq aşiqləri işğalçılar tərəfindən kütləvi surətdə şəhid edilir. Amma bu müsəlman xalqının əzmini qırmaq mümkün deyil. Tək bunu qeyd etmək kifayətdir ki, bu Kərbəla aşiqlərinin könüllülərdən ibarət altmış minlik Mehdi ordusu var. Bu insanlar haqq yolunda şəhid olmağı sözün həqiqi mənasında sevirlər. Bəli, işin sevindirici tərəfi bu saydığımız torpaqlarda Yezid qoşunu ilə mübarizə aparan Hüseyn ordusunun olmasıdır. Şükr olsun Allaha! Hazırda Çində, Əlcəzairdə, Sudanda, Çeçenistanda, Kəşmirdə müsəlmanlar soyqırımlara məruz qalır. Amma nədənsə dünya birliyi bunlara yenə biganədir. Necə ki, əsrlər boyu müsəlmanlara olunan zülmlərdə biganə olmuşlar. Necə ki, Kosovada, Kiprdə və s. torpaqlarda olduğu kimi... Bütün İslam ölkələrini ələ alan, ala bilmədiklərini işğal edən imperialist qüvvələr indi də yeganə İslam dövləti olan və İmam Hüseynin Kərbəla məktəbini yaşadan İranı müharibə ilə hədələyirlər. Onlar gözəl bilirlər ki, İslam dəyərlərinə sahib çıxan xalq çox əzəmətli olur. Onları bu hədələri əslində elə hədə olaraq qalacaqdır. Çünki İranla müharibəyə getmək ağılsızlıqdan başqa bir şey deyildir. Bu millətin bir milyondan yuxarı bir etiqad ətrafında birləşən, şəhidlik şərbətini içməyə hazır olan könüllü ordusu var. Fikirimcə son dövrlərə qədər səlib yürüşü soyuq və pərdə arxasında aparılırdısa, artıq bu siyasət aşkarda davam etdirilir. Bu özünü xristian aləminin böyük bir hissəsinin dini rəhbəri olan Roma Papasının Peyğəmbərimizi təhqir etməsində daha da aydın surətdə göstərdi. Bəli, əziz qardaş və bacılarım, artıq bu ümmətin Peyğəmbərinə əl atıldı. Peyğəmbərimizin karikaturası çəkildi və ardı-ardına bütün Avropa ölkələrinin qəzetlərində yer aldı. Allahı kitabı olan Quran təhqir olundu, onun müqabilində düşmənlər tərəfindən şeytan ayəsi yazıldı. Məzlum İmam aşiqlərinin İmamlarının qəbrləri “sapı özümüzdən olan baltalar” tərəfindən dağıdıldı. Düşmənlər tərəfindən bu dini parçalamaq üçün müxtəlif məzhəblər, firqələr yaradıldı və yaradılmaqdadır. Bununlada kifayətlənməyən düşmənlər öz içimizdə olan münafiqlərdən terrorçu yaratdılar. Terror təşkilatlarında birləşən bu cinayətkarlar həqiqi müsəlmanların canlarına qənim kəsilməkdədirlər. Artıq avropalı müsəlmanın da hüquqları tapdalanmaqdadır. Bəzi ölkələrdə müsəlman xanımlarının hicabına əl uzadılmaqdadır. Belə ki, hicablı bacılarımıza müəyyən qadağalar qoyulmuşdur. Bu qadağalar özünü, əhalisinin 99%-i müsəlman olan Türkiyədə də zamanca göstərmişdir. Yazımı dünyamızın kiçik bir hissəsi olan vətənimizin dərd və bəlalarına yönəltmək istəyirəm. Bizim ən böyük dərdlərimizdən biri Qarabağ dərdidir. Vətənimizin 20%-i işğal olunub. Biz Xankəndi, Xocalı, Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı və s. kimi İslam torpaqlarını itirmişik. Mən hələ şəhid edilmiş, əsir düşmüş vətəndaşlarımızı demirəm. Qeyrətimiz olan qız-gəlinlərimiz ermənilər tərəfindən alçaldılmaqdadır. Bir milyondan artıq qaçqınımız var. Bu gün cadırlarda donan neçə-neçə körpələr bizi səsləyir... Gəlin bir anlıq millətimizin hazırki durumuna nəzər salaq. Hansı millət bizim kimi məzlumdur? Biz millət olaraq dini, milli-mənəvi dəyərlərimizi, mənliyimizi itirməklə üz-üzəyik! Artıq Qarabağ dərdini xatırlamayan nəsil böyüməkdədir. Biz isə hələ də Qarabağın sülh və ədalətli həllini gözləyirik. Axı biz müharibə şəraitində yaşayan bir xalqı xatırlatmırıq. Vətənin 20% torpağı işğal altınd olduğu halda, vətənin oğul və qızları çalıb-oynamaq, oxumaq hayındadırlar. Bu millətin nə qədər şadlıq evə olar?! Bu vətən övladı “Qəfəs”, “Azərstar”, “Yeni ulduz”, “Maşın” və s. şouların qəhramanı olmaq arzusundadır. Ən yaxşı halda isə onun sevimli pərəstişkarına çevrilir. Bir qism gənclərimiz isə tamamilə yollarını azıblar və bu yol onları “Avropa” oteli qarşısına gətirib çıxarıb. Qərbin fəsad küləyi olan əxlaqa zidd serial ve kinolar artiq bu millətdə namus və qeyrət hissin öldürüb. Bu vətənin qızlarının çoxu soyunmaq yarışına çıxıb. Halbuki bəzi hallarda Kərbəla qəhramanı Zeynəbin iffətini özündə əks etdirən hicaba qadağalar qoyulur. Hicablı bacılarımız təhsil müəssisələrində, iş yerlərində hicablı olduqlarına görə süni maneələrlə qarşılaşırlar. Halbuki qanunda bu qadağalar yoxdu. Bu gün əksər TV kanallar sanki mənəviyyatımızı, namusumuzu və dinimizi məhv etməyi qarşılarına məqsəd qoyublar. Düşmən erməni xalqının bir məmuru vətənin qeyrətli və qəhraman övladı Ramil Səfərovun başına 125 min dollar qiymət qoyduğu halda, bizim ölkədə Ramil Səfərovun müdafiəsi üçün açilmiş bank hesabına çox gülünc məbləğdə pul yığıldı. Halbuki bu məbləğ hansısa əxlaqsız müğənni və artisitin konsertinin ön cərgəsinə olan biletin qiyməti idi. Hansı ki, bu konsertlərdə iynə atsaq yerə düşmür. Müsəlman xalqı olan bizlərin mətbuatında Rafiq Tağı kimi şərəfsizlər Peyğəmbərimizi təhqir etdilər. Başqa bir qəzetimiz isə İslam alimlərinin iyrənc formada karikaturasını çəkdi. Bu bir müsəlman milləti olaraq bizim üçün təhqir idi. Sonra da haqsız yerə diğər müsəlman ölkələrindən nəsə umuruq! Son zamanlar Azərbaycanda dini missioner qruplar sözün əsil mənasında meydan sulayırlar. Krişnadan tutmuş bəhayiyə kimi bütün təriqətlər vətənimizdə mövcuddur. Hətda KİV-in verdiyi məlumata görə artıq paytaxtda satanist quruplar da formalaşmaqdadır. Bu saydığımız və saymadığımız qeyri-ənənəvi təriqətlər maddi yardım və s. yollarla müsəlman bacı və qardaşlarımızı ələ almaqdadırlar. Lakin mənim fikrimcə insanların İslamdan uzaq düşmələrinin əsas səbəbi məhz “dindar”lardır. O dindarlar ki, el arasında onlara “bozbaş mollalar” deyirlər. Bu insanlar üçün din yalnız qazanc mənbəyidir. Bu cür insanların varlığı digər bütün təhlükələrdən daha təhlükəlidir. Çox təssüf ki, belə mollalar var və dinə maraq göstərən insanları da dindən qaçırmağa kifayət edirlər. Camaatın vəhhabiliyə tərəf yönəlməsinə də məhz bu qrup səbəb olmuşdur. Çünki bu “dindar” təbəqə həqiqi İslamı xalqa çatdırmadı. Nəticədə də mənəviyyat axtarışında olan gənc başqa yollara düşdü. Vəhhabilik Azərbaycanda artıq real təhlükədir. Görün vəziyyət necə kritik bir hal almışdır ki, bu firqə ardıcılları vətənimizdə bizi kafir adlandıran azəricə kitabların satışını və paylanmasını da həyata keçirirlər. İnternet saytlarında və başqa vasitələrlə xalqımızın dini dəyərlərini təhqir edirlər. Misal üçün vəhhabi öndəri Qamət İmam Hüseyn (ə)-ı çoxarvadlı və hakimiyyət düşkünü kimi qələmə verir, lakin Yezidi haqlı çıxartmağa cəhd göstərirlər. Qardaşı qardaşa, atanı oğula düşmən edən vəhhabi əqidəsində olan insanlarin fikrincə onlardan başqa bütün Azərbaycan vətəndaşları dindən çixmiş və müşrikdirlər. Ey Azəri millətinin oğul və qızları! Bəsdi qəflət yuxusuna daldıq. Bu dərdlər bizi yatmağa belə qoymamalıdır. Dinimizə sarılaq! Mənəviyyatımızı, torpağımızı qoruyaq! Allaha and olsun ki, Qiyamət günü Allahın dərgahında İmam Hüseyn (ə)-ın üzünə baxmağa utanacağıq... Yuxarıdaki kəlamın başqa bir tərəfi də var. Belə ki, Kərbəlada Yezid qoşunu vardısa, Huseynin qoşunu da vardı. Zülm vardısa, haqq aşıqləri də var idi. Bütün bunlara baxmayaraq, Azərbaycanda həqiqi İslama və Kərbəla məktəbinə sarılan yeni bir nəsil yetişməkdədir. Şükr olsun Allaha!
 
  Bu gün 112 ziyaretçi (164 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol