Shia ahli
  Imam Husen (a) Sehidleri
 

İmam Hüseyn (ə) şəhidləri

Bismillahir Rahmənir Rahim
Mən öz səhabələrimdən daha yaxşı səhabə, öz qohumlarımdan daha sədaqətli qohum görmədim. Allah onlara məni mudafiə etdiklərinə görə xeyirli aqibət versin:
İmam Huseyn (ə)
Diqqətinizə təqdim olunan bu qısa məqalə qanlı kərbəla qiyamında İmam Huseynin (ə) huzurunda vuruşaraq, şəhadətə nail olmuş şəxslərin adı və şəxsiyyətləri mövzusundadır. Bunu demək kifayətdir ki, Azərbaycan müsəlmanlarının əksəriyyətindən Kərbəla qaıyamının iştirakçıları barədə soruşulduqda, yalnız bir neçə nəfər haşimi şəhidinin adını çəkə bilir, mərsiyələrdən onlara adı yaxşı tanış olan həzrət Abbas, Əli Əkbər, Əli Əsğər, və Qasimi xatırlayır, ən yaxşı halda, Həbib ibn Muzahirlə Hürrün adlarını dilə gətirməyə qadir olurlar. Halbuki, aşura şəhidlərinin hər biri tarixlərə dərs verə biləcək şücaət və mərdlik sahibi olmuşlar və onların adının dillərdə əzbər olması sadəcə olaraq,ruhlarinin haqqıdır. Xüsusəndə Azərbaycan gəncliyi üçun onlardan ibrət götürüləcək çox çeylər ola bilər. Məsələ” Bişr ibn Əmr Həzrəmi: Aşura gecəsi Bişrə xəbər gətirdilərki, oğlu Rey şəhəri ugrunda gedən cihadda iranlılara əsir düşüb, onu xilas etmək üçün canbahası vermək tələb olunur. İmam Huseyn ağa öz beyətini Bişrin üzərindən götürdüki,gedib oğlunu azad etsin. Lakin Bişr o Həzrəti tərk etməyəcəyini bildirib getməkdən imtina etdi. Onda İmam Huseyn (ə) Bişrə bir neçə ədəd bahalı parçadan köynək bağışladıki, heç olmazsa oğlunun canbahası olaraq göndərsin. Bişr köynəkləri qulamı vasitəsilə göndərib özü kərbəlada qaldı və Açura günü şəhid oldu. Rəvayətə görə,İmam Huseyn (ə) Bişrə getmək icazəsi verəndə o belə demişdi: ”Əgər səndən ayrılsam və az adamla səni tənha qoyub getsəm, qoy vəhşi heyvanlar məni parçalayıb yesin! Ya Əba Əbdillah, bu, heç vaxt mümkün olan iş deyil” Bir başqa haqq sevər insan : Haris ibn İmrəül-Qeys Kindi: Onun tarixini yazarkən belə yazmışlar. Aşura günündə ilk həmləni dəf edərkən, döyüş meydanında əmisi ilə qarşılaşdı. Əmisi: “İndi öz doğma əmini öldürəcəksənmi ? - deyə soruşanda, Haris: Sən mənim əmimsən, amma Allah mənim rəbbimdir cavabını verib, onu öldürdü” Digər bir ibrətamiz şəxs: Müslim ibn Övsəcə Əsədi: Bu şəhidin ölüm ayağında olduğunu eşidən İmam Huseyn (ə) Həbib ibn Məzahiridə özüylə götürüb, şəxsən onun başı üstünə gəldi və belə söylədi. Ey Müslim, Allahın rəhməti olsun sənə! Həbib ölum ayağında olan Müslimə xitab edərək söylədi: Müslim sənin ölümün mənə çox agırdır, amma səni cənnətlə müjdələyirəm. Sonra Həbib dedi: Əgər az sonra özümün də öləcəyimi yəqin bilməsəydim, çox istərdim ki, sənin son vəsiyyətini eşidib, ona əməl edim. Müslim isə əli ilə İmama işarə edərək belə söylədi: Sənə bunu vəsiyyət edirəm. Onu ölüncəyə kimi qoru! Həbib cavab verdi: Arxayın ol, vəsiyyətinə əməl edəcəyəm. Bu qısa söhbətdən sonra Müslim gözlərini əbədi olaraq dünyaya yumdu. Digər vəfalı şəhid.: Səid ibn Abdullah Hənəfi: Səid İmam namaz qılarkən, Ağanı düşmən nizələrindən qorumaq üçün Ağanın önündə sipər durmuşdur. Səid atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: Ey Peyğəmbərin nəvəsi, əhdimə vəfa etdimmi? - deyə soruşdu. İmam ona belə cavab verdi: Bəli, sən məndən də əvvəl cənnətə gedirsən. Yazırlar ki, Səidin bədənində saysız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi. Daha bir meydan aslanı: Abis ibn Əbi Şəbib Şakiri Həmdani: Eləki Abis İmam Huseyndən rüsxət alıb, döyüşə gütdi. Ömər ibn Sədin qoşunundan bir nəfər Abisi görən kimi haray salıb, öz silahdaşlarına xəbər verdi: Ehtiyatlı olun, bu, döyüş meydanlarının aslanı Abisdir! Onun qarşısına çıxan şəxs salamat qurtarmaz. Abis uzun müddət düşmən əskərləri qarşısında at oynadıb rəqib tələb etdi, lakin qarşısına çıxan olmadı. Axırda Ömər ibn Səid öz əskərlərinə əmr etdiki, Abisi uzaqdan daşa tutsunlar. Abis düşmənin xəyanətkar hərəkətini görəndə nəinki, qorxmadı, əksinə, əynidən zirehini, başından dəbilqəsini çıxrdıb kənara tulladı və atını sel kimi qaynayan düşmən ordusunun içinə sürdü. Müşahidəçilər rəvayət edirlərki, Abis qarşısına çıxan hər kəsi həlak edib, cərgələri eninə uzununa yararaq keçirdi.hansı səmtə üz tuturdusa ən azı 200 nəfər ardınca qaçıb onu təqib edirdi. Nəhayət, Abis aldığı ağır yaraların təsirindən zəifləyib yıxıldı. Düşmənlər onu zərbələrə qərq edib, axırda başını kəsdilər.
İmam Huseynə (ə) bağlanan bir Ana-balanın hekayəsi
Aşura günü Cünadənin 9 və ya 11 yaşlı oğlu Əmr ibn Cünadə anasının təkidi ilə döyüşə çıxmaq üçün İmam Huseyndən (ə) icazə istədi. İmam buyurduki, bu uşağa anası icazə verməlidir. Əgər anası icazə verməsə mən icazə verə bilmərəm. Əmr cavab verdiki, elə məni şəhadətə həvəsləndirən anamdır. Sonra Əmr silahını götürüb, savaş meydanına çıxdı, yaşınınazlığına baxmayaraq, əsl şücaət göstərib döyüşdü. Düşmən əskərləri bu balaca döyüşcünü öldürəndən sonra anasının ürəyinə dağ çəkmək üçün başını bədənindən ayırıb, İmamın düşərgəsinə tərəf atdılar. Bəhriyyə oğlunun kəsik başını qaldılrıb sinəsinə sıxdı, onunla vidalaşıb dedi: Ey gözümün nuru, qəlbimiun sevinci oğlum! Sən şücaətlə döyüşüb şəhid oldun.Sonra bu mərd qadın oğlunun başını yenidən döyüş meydanına tərəf atıb qışqırdı: Biz haqq yolunda verdiyimizi geri almarıq: Ana öz oğlunun başını elə həyacan riqqətlə atdıki,baş düşmən əskərlərindən birinə dəyib onu cəhənnəmə göndərdi. Digər bir Qəhraman: Cövn ibn Huveyy: Cövn qara dərili zənci idi, silah hazırlamaq və itiləmək işində mahir idi. İmam Huseynin səhabələrinin sayı azalanda, Cövn o Həzrətin huzuruna gəlib, doyüş icazəsi istədi. İmam hücccəti tamam etmək məqsədilə Cövnə buyurdu ki, onu xidmətdən azad edir və beyətini üstündən götürür, Cövn hara istəsə gedə bilər. Lakin bu sadiq qulam cavab verdiki, mən sizin şadlıq və salamatlıq vaxtlarınızda yanınızda olub xidmət etmişəm: bu çətin gündə sizi buraxıb getmək istəmirəm. Rəngim qara, qoxum pis olsada, sizdən ayrılmayacam. Şəhid olacağam ki, qara qanım sizin şərəfli qanınıza qarışsın! İmam Cövnün cəsədi üstə gəlib, onun başını dizi üstünə qoydu və buyurdu: İlahi, Cövnün üzünü ağ, ətrini xoş et. Onu yaxşı insanlar cərgəsində məhşərə gətir. Onunla Muhəmməd (s) və Ali Muhəmməd (ə) arasında dostluq yarat ! Hədislərdə deyilir, aşura faciəsindən sonra şəhidlərin cənazələrini dəfn edərkən gördülərki, Cövnün bədənindən müşk ətri gəlir. Çalışdiq ki, Bəni haşimdən olmayan şəhidlər haqqinda bir az məlumat verək. Gördüyünüz kimi hər biri ibrət alınacaq insanlar olublar. Gəlin bizlərdə hər birimiz İmam Huseyn yolunda əlimizdən nə gəlir edək və çalışaq ki, İmam Huseyn məktəbini Azərbaycan xalqına ən gözəl şəkildə başa salaq. Xüsusəndə gənclərimizdə İmam Huseynə qarşı məhəbbət yaratmağa çalışaq, başa salaq ki, bu məktəb bizə nələri təklif edir, deyək ki, bu məktəbin bir neçə iffətli xanımı qızlara iffət dərsi qoyub. Bu unudulmaz məktəb oğlanlarımıza qeyrət dərsi verir, xatırladaq ki, gəlin sizdə gecdə olsa özünüzü bu məktəbə şagird edin. Sonda Ey möminlər gəlin bizdə İmama layiqli Şiə olmağa çalışaq, hansı yolla olursa olsun nəyə gücümüz çatırsa, gücümüz çatır yığılaq cəmiyyət arasında İmam Huseyndən bəhs edən məclislər quraq, ona gücümüz yoxdu müxtəlif orta və ali məktəblərdə oxuyan gənclərlə əlaqə yaratmağa çalışaq. Heç vaxt deməyək ki, biz neynəyək gənclər yollarını azıblar düzələsi deyillər, bəli doğrudur gənclər azıblar, lakin bu vəziyyət bizim üzərimizdən bütün yükü götürmür axı, çünki biz bu Məhərrəm ayından istifadə etsək ümidvarıq ki, neçə neçə insanların hidayət olunmasına vəsilə ola bilərik, çünki Məhərrəm ayı qeyri adi bir gücə malikdir. Yığılın bizdə əl-ələ verək vaxtımızın maddi gəlirimizin 10% - ni İmama ayıraq axı İmam bizim din üçün şəhid oldu bizim boynumuzda haqqı yoxdur həmdə nə qədər !!! İnşəllah məqaləmizin digər saylarında yerdə qalan şəhidlər barədə söhbət açmağa çalışacağıq. Allah hamımıza İmam Huseyni ziyarət etməyi nəsib etsin və axirətdə İmamın yanında üzü qara etməsin. AMİN YA RƏBBƏL ALƏMİN

 
  Bu gün 155 ziyaretçi (217 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol