Shia ahli
  Imam Huseyne (A.S.) aglamagin fezileti
 

İmam Hüseynə (ə) ağlamağın fəziləti




İmam Hüseyn (ə) buyurub: «Mən elə bir qətlə yetrilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mö'min yoxdur ki, məni xatırladıqda ağlamasın.»



İmam Sadiq (ə) buyurub: «Əmirəl-mö'minin Əli (ə) öz oğlu Hüseynə baxıb buyurdu: Ey mö'minlərin göz yaşı!

…Hüseyn (ə) soruşdu: Atacan məni deyirsən? İmam Əli (ə) buyurdu: Bəli, ey mənim əziz oğlum!»

(Bihar, 44-cü cild/ Kamiluz-ziyarat, səh. 280)



Seyyid ibni Tavus nəql edibdir: Ali-Rəsuldan (s) nəql olunubdur ki, buyurublar: «Hər kəs (bizim müsibətimizə) ağlasa və 100 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 50 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 30 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 20 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 10 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs (bizim müsibətimizə) ağlasa və 1 nəfəri ağlatsa behişt əhli olar. Hər kəs bizim müsibətimizə görə qəmgin olub hətta ağlamasa da belə, behişt əhli olar.»

(Bihar, 44-cü cild, səh. 288)



İmam Sadiq (ə) buyurub: «Hər kəs (bizim müsibətimizə) özü ağlasa və ya başqasını ağlatsa, yaxud da özünü ağlamağa vursa cənnət ona vacibdir.»

(Cəlalul-üyun, səh. 463)



Şeyx Səduq imam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün imam Hüseyn (ə) qardaşı imam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı.

İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram.

İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.»

(Nəfəsul-məhmum, səh. 484)



İmam Sadiq (ə) buyurub: «Cəddim imam Həsən (ə) imam Hüseyn (ə)-a xitab edərək buyurdu: Hüseyncan, bütün canlılar sənin müsibətinə ağlayacaqlar. Hətta səhra və dəryada yaşayan heyvanlar da.»

(Nəfəsul-məhmum, səh. 484)



İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.»

(Bihar, 44-cü cild, səh. 302)



İmam Sadiq (ə) buyurub: «Həqiqətən imam Hüseyn (ə)-ın qətlinə göylər və yerlər ağladı. Yer və göy qırmızı rəngə boyandı. Göylər və yerlər imam Hüseyn (ə)-dan əlavə Yəhya ibni Zəkəriyyaya ağlayıb.»

(Bihar, 14-cü cild, səh. 183)



«Nahiyə» ziyarətində oxuyuruq ki, imam Zaman (ə) cəddi Hüseyn (ə)-a xitab edərək buyurur: «Gecə və gündüz sənə əzadarlıq edib göz yaşı tökürəm. Əgər göz yaşım qurtarsa, onun yerinə qan ağlayaram.»

(Məqtəlul-Hüseyn (ə), səh. 224)



İmam Sadiq (ə) buyurub: «İmam Səccad (ə) 40 il atası Hüseyn (ə)-a ağladı. Bu müddətdə gündüzləri oruc tutur, gecələri də ibadətlə məşğul olurdu.»

İftar vaxtı onun yanına xörək gətirib deyirdilər: Buyurun yeyin. Bu halda göz yaşı töküb deyirdi:

«Peyğəmbərin balasını ac və susuz qətlə yetirdilər.»

(Sugnameyi Ali-Muhəmməd (s), səh. 5)



İmam Sadiq (ə) buyurub: «O həzrət (imam Hüseyn ələyhis-salam) ona ağlayan kəslərə baxıb, onun bağışlanmasını ALLAHdan istəyir və atası Əli (ə)-dan da onun bağışlanmasını istəyir. O həzrət onun üçün ağlayan şəxsə xitab olaraq deyir: Əgər bilsəydin ki, ALLAH sənin üçün nə mükafatlar hazırlayıb sevincin qəm-qüssədən daha çox olardı. Həqiqətən imam Hüseyn (ə) ona ağlayanın bütün günah və xətalarının bağışlanmasını ALLAHdan istəyir.»

(Bihar, 27-ci cild, səh. 300)



ALLAHın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.»

(Əl-Bihar, 44-cü cild, səh. 293)

 
  Bu gün 33 ziyaretçi (61 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=