Shia ahli
  Həzrət Əbülfəzl (ə)
 

Həzrət Əbülfəzl (ə)

Bağışlayan və Mehriban Allahın adı ilə "Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbülfəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şəban ayının 4-də dünyaya gəlmişdir. İslam aləmində Həzrət Əbülfəzl (ə) Qəməri-Bəni-Haşim (yəni Haşim Nəslinin Ayı) ləqəbi ilə məruflaşmışdır. Atası, Allahın hüccəti Həzrət Əli (ə), anası isə öz şücaətləri ilə ad qazanmış "Kilab" qəbiləsindən olan Ümmülbənidir. Xanım Fatimə (ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün elə bir tayfadan həyat yoldaşı seçsin ki, onun üçün qeyrətli və şücaətli bir oğlan dünyaya gətirsin. Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ümmülbənini həzrət Əliyə (ə) tövsiyə elədi. Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. Öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. İmam Cəfər Sadiq (ə) belə buyurur: "Bizim əmimiz Həzrət Əbülfəzlin (ə) dolğun təfəkkürü, geniş baxışı və güclü imanı var idi. O (ə), İmam Hüseynlə (ə) birgə zalım Yezidə qarşı sonadək mübarizə apardı. O Həzrətin (ə) yolunda canını fəda edib şəhid oldu." İmam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Əbbas (ə) təlim görməmiş alimdir. Çünki o, İlahi elmin mənbəyi, Həzrət Peyğəmbərin (s) varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən istifadə etmişdir." O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək öldürdü." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi. Həzrət Əbülfəzin (ə) məqam və fəziləti barəsində sadəcə bir məsələni qeyd etmək kifayətdir ki, o Həzrətin (ə) nə cür məqama sahib olduğunu görək. Belə ki, məsum şəxsə yalnız məsum olan bir şəxs qüsl verib namaz qıla bilər. Həzrət Muhəmmədə (s) Həzrət Əli (ə) qüsl verərkən ona Fəzl ibn Əbbas və ibn Əbdülmttəlib su tökməklə kömək edirdilər. Lakin onlar parça ilə gözlərini bağlayaraq bunu etmişlər ki, Peyğəmbərin (s) mübarək bədənini görməsinlər. Çünki qeyri-məsum şəxslər məsum şəxsin bədənini görsələr kor ola bilərlər. Amma Imam Hüseyn (ə) İmam Həsənə (ə), qüsl verərkən Həzrət Əbülfəzl (ə) gözü açıq iştirak etmişdir. Həzrət Əbülfəzl (ə) ömrünü qardaşı İmam Hüseynin (ə) yanında keçirmiş və daim ona sadiq qalaraq atasına verdiyi vədə əməl etmişdir. Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətinni qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi. Hələ Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Əbbas (ə) bir daha öz vəfalılığını göstərdi. İmam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Əbbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamına təmənna edərlər." İmam Sadiq (ə) Həzrət Əbülfəzl (ə) haqqında belə buyurur: "İlahi haramları sənin haqqında halal bilən və səni öldürməklə islamın hörmətini tapdalayanlara Allah lənət eləsin." Əbülfəzlin (ə) Kərbəladakı qəhrəmanlığı barəsində Təbəri belə yazır: "Məhərrəm ayının 7-də İmam Hüseyn (ə) ordusunu mühasirəyə alaraq suyu onların üzünə bağladılar. Əbülfəzl (ə) su gətirmək üçün İmam Hüseyndən (ə) icazə alaraq 30 atlı, 20 piyada və 20 su tuluğu ilə Fərat çayına tərəf yollandı. Çaya yetişdikdə suyun qarşısını kəsən düşmən qoşunu ilə rastlaşdılar. Bir dəstə onlarla vuruşduğu halda digər dəstə tuluqları su ilə doldurub oranı tərk etdilər. Döyüşçülər arasında öz şücaəti ilə Həzrət Əbbas (ə) düşmənin gözünü elə qorxutmuşdu ki, heç kim ona yaxınlaşıb döyüşmək istəmirdi." Aşura gecəsi İmam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. Həmin gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək behişti satın alaq və canımızı İmam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, İmam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Bunu eşidən İmam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Pərvərdigarı sənə əcr versin. Aşura günü haqqın bayraqdarı olan Əbülfəzl (ə) İmamın göstərişi ilə meydana gedən son şəxs oldu. Bütün səhabələr meydana getmək üçün İmam Hüseyndən (ə) icazə alaraq növbə ilə meydana getdiyi halda Həzrət Əbülfəzl (ə) İmam Hüseynin (ə) əmrini gözləyirdi. Sonda o, İmam Hüseyndən (ə) icazə alaraq su gətirmək üçün Fərata yollandı. Zalımlarla üzləşən Həzrət Əbülfəzl (ə) ilk növbədə onları haqqa tərəf səslədi, lakin onlar buna etina etməyərək öz zülmlərindən əl çəkmədilər. Həzrət Əbülfəzl (ə) tuluğu ilə su doldurub qayıdarkən Onun (ə) sağ əlini kəsdilər. Bir müddət sol əli ilə vuruşduqdan sonra Həzrətin (ə) sol əlini də kəsdilər. Ancaq Kərbəla ələmdarı bayrağın yerə düşməsinə imkan verməyərək onu sinəsinə sıxaraq saxladı. Hər tərəfdən o Həzrəti (ə) ox və nizə ilə yaraladılar. Həzrət (ə) fəryad edərək buyurdu: "Məndən sənə salam olsun ey əba Əbdullah." Bunu eşidən İmam Hüseyn (ə) onun yanına gələrək Həzrətin (ə) mübarək başını qucaqlayaraq buyurdu: "İndi belim sındı, çarəm azaldı və düşmənin dili açıldı." Həzrət Əbülfəzl (ə) Kərbəlada İmam Hüseynin (ə) hərəminin yaxınlığında dəfn olunub. O Həzrəti vasitə bilib sidq ürəklə Allah Təaladan istənilən hacətlər tezliklə qəbul olur. Elə bu səbəbə görə o Həzrəti (ə) "Hacətlər qapısı" da adlandırırlar. ələmdarı
 
  Bu gün 29 ziyaretçi (59 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=