Shia ahli
  Allahi tanitdirin
 

Allahı tanıtdırın!


Valideyinlərin qarşısında duran mühüm məsələlərdən biri də öz övladlarını dini səpkidə böyüdüb tərbiyə etməkdir. Bunların içərisində uşağın Allahı tanımaq məsələsi mühüm rol oynayır. Bəzi vaxtlar valideyinlər bu məsələdə ya bilmədən, ya da bilərəkdən səhlənkarlığa yol verirlər. İlk növbədə valideyn özü başa düşməlidir ki, övladının Allahı tanıyıb dini qayda-qanunlarla böyüməsi nə qədər vacib və zəruridir.
Allahın Rəsulu buyurur: ”Vay olsun Axiruzzamanda uşaqların halına ki, ataları düzgün yol seçməmişlər”. Soruşdular ki, onların ataları müşrükdirlər? Peyğəmbər buyurdu ki, xeyr, müsəlman atalar ki, öz övladlarına din öyrətməyiblər və onları yalnız maddi tərəfdən qane ediblər. Mən belə insanlardan bizaram, onlarda məndən bizardırlar.
Həzrət Əli əleyhissəlam bu barədə belə buyurur: ”Öz övladlarınıza elə şeylər öyrədin ki, Allah onlara bəhrə verə bilsin”.
Bu barədə İmam Zeynəlabidin əleyhissəlam belə nəql olunur: ”Ata bilməlidir ki, uşağın ağa və başçısı kimi məsuliyyətlidir, düzgün əxlaqı ona öyrətməli və öz Allahını tanımağa döğru yönəltməlidir.”
Uşaqlar fitrətən və zatən Allahaxtaran xasiyyətlə dünyaya gəlirlər və valideyinlərin düzgün tərbiyyə etməməsi nəticəsində Allahı tanımaq yolunda ya düzgün yol seçmirlər, ya heç tanıya bilmirlər.
Bunun üçün biz Allahı tanımaq məktəbini evimizdən başlamalıyıq. Çünki evdə verilən ilkin təlim-tərbiyə əksər hallarda daha da möhkəm və təsirli olur. Bunun üçün biz bacardığımız qədər uşaqları Allahı tanıtdırmalı və həmçinin də özümüz bu barədə məlumatlarımızı artırmalıyıq.
Uşaqın ilkin yaşlarda dini təlim-tərbiyəsi onun gələcək həyatından daha çox Allaha əlaqəsinin artmasına, allahın əmrlərininin icrasına maraqının çoxalmasına, imanının artmasına, psixaloji cəhətdən sağlamlığına və digər yaxşı xüsusiyyətlərin başlanğıcına səbəb olur.
Sual oluna bilinər ki, biz övladımıza necə əlim- tərbiyə verə bilərik ki, Allahını tanıyıb, imanlı olsun? Əvvəla dastanlardan istifadə edilə bilərik. Uşağın şirin və inanılması çətin olan dastanlara maraqı vardır. İkincisi Allahla əlaqəni artıraraq. Yəni uşağa Allahın ona ata-ana, gözəl dostlar, geyimlər, dadlı yeməklər verdiyini söyləməklə Allaha marağı artırmaq olar. Valideyinlərin özlərinin nümunə olması da təlim- tərbiyəyə mühüm təsir edir.

Gəlin övladlarımızı Allahın istədiyi kimi, dünyadan, maddiyyatdan uzaq şəkildə böyüdək. Dünyanın gözəlliklərinə və tələlərinə aldanmayaq. Unutmayaq ki, mütləq bu günün sabahı da vardır.


haqqyolu.com


 

 
  Bu gün 101 ziyaretçi (145 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol