Shia ahli
  Yuxunun yaranmasi
 

«İmam Kazim (əleyhissalam) buyurur: "Yaranışın ilk çağlarında bəşəriyyət üçün röya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların dəvət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: "Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır.” O peyğəmbər buyurdu: "Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır.” Dedilər: "Behişt və Cəhənnəm nədir?” Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar "bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur” - deməklə, o peyğəmbəri inkar etdilər.
Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: "Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-nemət içindədir.”

 
  Bu gün 120 ziyaretçi (177 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol