Shia ahli
  Secdeyi-Sehf
 

Səcdeyi-səhv

Bir neçə halda namazdan sonra səcdeyi-səhv yerinə yetirilir. Həmin hallarla tanış olaq: 1. Yersiz söz; namaz qılan şəxs namazı bitirdiyini güman edərək səhvən bir söz deyir. 2. Yersiz salam; məsələn, dörd rəkətlik namazın ikinci rəkətində salam deyir. 3. Səcdə yaddan çıxdıqda; 4.
Təşəhhüd yaddan çıxdıqda; 5. Ayağa qalxmaq əvəzinə səhvən oturduqda və ya oturmaq əvəzinə ayağa qalxdıqda; 6. İkinci rəkətdən sonra dördüncü və ya beşinci rəkət olması ilə bağlı şəkk yarandıqda vacibdir ki, namazı bitirib iki səcdeyi-səhv yerinə yetirsin. Əlavə artırma-əskiltmə olduqda səcdeyi-səhv yerinə yetirmək müstəhəbdir. Səcdeyi-səhvin hökmləri Səhv deyilmiş sözü yenidən düzgün təkrarladıqda səcdeyi-səhv lazım deyil. Əgər namazda bir neçə söz və ya bir neçə cümlə deməklə namaz qılan halından xaric olarsa, bütün bunlara görə iki səcdeyi-səhv yerinə yetirmək kifayatdir. Əgər vacib səcdeyi-səhvi namazın salamından sonra bilərəkdən yerinə yetirməzsə, günaha yol verib və tez bir zamanda onu yerinə yetirməlidir. Amma namazı batil deyil.

Əgər səcdeyi-səhvi zəruri edən bir iş görüb-görmədiyinə şəkk edərsə, heç nə vacib olmur. Səcdeyi-səhvin qaydası Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir: Namazdan sonra dərhal oturaq vəziyyətdə səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedərək deyilir: "Bismillahi və billahi əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” sonra başını səcdədən qaldırıb oturur və yenidən səcdəyə gedib həmin zikri deyir. İkinci səcdədən başını qaldırıb təşəhhüd və salam söyləyir. Səcdeyi-səhv üzü qibləyə, dəstəmaz və təharətli halda yerinə yetirilməlidir. Alın səcdənin düzgün sayıldığı şeyə qoyulmalıdır.

 
  Bu gün 141 ziyaretçi (190 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol