Shia ahli
  Hicab Pakliqdir, Safliqdir
 

Allah təala hicab əmrindəki hikmətini bizə göstərmişdir: "Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!” (surə 33, ayə 53).
Hicab mömin kişilər və qadınların qəlbləri üçün daha çox saflıq yaradır, çünki hicab qəlbin arzularına qarşı pərdədir, maneədir. Hicabsız, qəlb həm arzulaya bilər, arzulamaya da bilər. Ona görə də görünüş (hicabla) bağlandığı zaman qəlb daha saf olur və beləcə də fitnənin (şər əməllərin) qarşısının alınması daha çox təzahür olunur.
Hicab pis fikirlərin, düşüncələrin və xəstə qəlblərin tamahının qarşısını alır: "Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (surə 33, ayə 32).

 
  Bu gün 134 ziyaretçi (467 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol