Shia ahli
  Kerbela inqilabinin felsefe ve hedefleri
 

Kərbəla inqilabının fəlsəfə və hədəfləri

Tarixə nəzər saldıqda görürük ki, İmam Hüseyn (ə) və o, həzərətin vəfalı əshablarının Kərbəladakı inqilab və şəhadətləri, İslama o qədər böyük fayda veribdir ki, hətta İmam və əshabları şəhadətlərindən qabaq, İslam dini üçün bu qədər iş görə bilməyiblər. Biz bu məqalədə Kərbəla inqilabının hədəf və faydalarından qısa olaraq söz açacayıq. Əlbəttə bu müqəddəs inqilabın fayda və hədəfləri bizim bu kiçik məqaləmizdə yazılacağından daha çoxdur və bu hədəf və faydalar böyük İslam ailmlərinin dəyərli kitablarında daha ətraflı surətdə qələmə alınmışlar. Bu məqalədə isə bu fayda və hədəflərin ən əsaslarına işarə edəcəyik. 1. İamam Hüseynin (ə) böyük hədəflərindən biri Allah bəndələrinin azğınlıq və zəlalətdən nicat vermək olmuşdur. Imam Sadiq (ə) "Ərbəin" ziyarətnaməsində belə buyurur: "İlahi Hüseyn (ə) ki, sənin vəliyyin və vəliyyinin oğlu idi. Öz qanını və canını sənin yolunda verdi ki, sənin bəndələrini cəhalət, nadanlıq, azğınlıq və sərgərdanlıqdan nicat versin". Imam Hüseynin (ə) zamanında ümmətin hansı azğınlıqlara düçar olduğunu isə azdan-çoxdan hamınız bilirsiniz. 2. O həzrətin (ə) ikinci bir hədəfi bu idi ki, Həzrəti Əli (ə) və Əhli-beytin fəzilət və üstünlüklərini və onların İslam dininə etdikləri dəyərli xidmətləri İslam ümmətinə çatdırsın. Çünki, o zaman Müaviyənin (lənət olsun) və bəni-üməyyə sülaləsinin Əhli-beyt (ə) əleyhinə geniş surətdə və pisməqsədli apardığı təbliğat nəticəsində, camaatda, xüsusilədə Şam (Suriya) əhlində, Əhli-beytə (ə) və İmam Əliyə (ə) qarşı nifrət oyanmışdı. Həmin günlərdə demək olar ki, bütün İslami şəhərlərdə namazın qunutunda və mənbərin xütbəsində Həzrət Əliyə (ə) lənət oxunurdu (onların bu işindən nifrət edir və uca yaradana pənah aparıram). Bu gün şiə və əhli-sünnətin dini ədəbiyyatlarında, Əhli-beytin (ə) fəzilətləri barəsində deyilmiş və özünə xüsusi yer tutmuş hədislər, o günlərdə müsəlmanlar arasında deyilmir və çox az adamların bu rəvayətlərdən xəbəri var idi ki, onlarda bu hədisləri deməyə və ya yazmağa çox vaxt özlərində cürət tapmırdılar. Amma Aşura qiyamından sonra əsirlərin müxtəlif şəhərlərdə gəzdirilməsi və bu hədislərin deyilməsi nəticəsində camaat Əhli-beyti (ə) və onların kim olduqlarını yaxından tanıdılar. 3. Aşura qiyamının başqa bir faydası budur ki, bu qiyamdan sonra çoxları özlərində zülm və zalim əleyhinə çıxmağa cürət və qüdrət tapdılar və bu isə İslam tarxinədə zülm əleyhinə olan müxtəlif qiyamlarla yadda qalmış və zalimlərin əsl üzünü İslam ümmətinə olduğu kimi göstərmiş və onların əzəmət və böyüklüklərini sındırmışdır. 4. Aşura qiyamının əsas faydalarından biri də bu oldu ki, Ömər ibn Əbdüləziz (Bəni üməyyə sülaləsinin xəlifəsi) Əliyə (ə) namaz qunutlarında və xütbələrdə lənət oxumağı qadağan etdi. Bura qədər məlum oldu ki, Aşura qiyamı Əhli-beyt (ə) əleyhinə aparılmış əks-təbliğatın pis nəticələrini aradan götürdü və bəni-üməyyə sülaləsinin iç üzü aşkar olundu. Bu qiyamdan qabaq Əhli-beytlə (ə) düşmən olanlar, idni onlarla dost və onları sevənlərdən idilər. Aşura şəhidlərinin qanlarının bərəkətinə Müaviyə və Yəzid rüsvay olandan sonra, ümmətin əksəriyyəti Əhli-beytin və Əlinin (ə) fəzilət və üstünlüklərini başa düşüb, onların dostlarından oldular. Aşura məktəbinin nəticəsidir ki, əhli-sünnət məzhəbinin böyük müfəssirlərindən olan Fəzri Razi və Ziməxşəri öz təfsirlərində "Şura" surəsinin 22-ci ayəsinin təfsirində Həzrət Peyğəmbərdən (s) belə bir rəvayət gətirmişlər: "Allahın Rəsulu (s) buyurdu: "Hər kəs Ali-Məhəmmədlə (ə) dost olduğu halda ölərsə, şəhid ölmüşdür. Hər kəs Ali-Məhəmmədi (ə) dost olduğu halda ölərsə, bağışlanmış halda ölmüşdür. Hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölərsə tövbə etmiş halda ölmüşdür. Hər kəs Ali-Məhəmmədlə (ə) sevdiyi halda dünyasını dəyişərsə, kamil bir imanla dünyadan getmişdir... Hər kəs Əhli-beytə düşmən olduğu halda dünyadan gedərsə qiyamət günü məhşərə alınına "Bu şəxs Allahın rəhmətindən məyusdur" kəlməsi yazılmış halda gələcəkdir. Hər kəs Əhli-beytə (ə) düşmən olduğu halda ölərsə, kafir ölmüşdür..."(Təfsiri Kəbir, 27/165). Fəxri Razi bu hədisi rəvayət etdikdən sonra deyir: "Şəkk yoxdur ki, ayənin məqsədi Əli, Fatimə, Həsən və Hüseyndirlər (ə)". O, Ziməxşərinin sözünü nəql etdikdən sonra, belə yazır: "Mütəvatir (yəni çoxsaylı ravilər tərəfindən rəvayət edilmiş və doğruluğunda şübhə olmayan hədis) surətdə rəvayət olunmuşdur ki, həzrət Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çox istəyərdi. Bəs ümmətədə vacibdir ki, onları sevsinlər, çünki Allah-taala qurani-kərimdə Peyğəmbərdən (s) itaət etməyə və o gedən yolu getməyə əmr etmiş və bu işi hidayət səbəbi bilmişdir. Allah-taala buyurur: "(Ya peyğəmbər) De: Əgər Allahl sevirsiniz məndən itaət edin ki, Allah da sizi sevsin" və şəkk yoxdur ki, Peyğəmbər (s) qızı Həzrət Zəhranı (ə) sevirdi və buyurub: "Fatimə mənim bədənimin bir parçasıdır, hər kəs ona əziyyət etsə, mənə əziyyət etmişdir... Bəs bunların hamısı dəlalət edir ki, Ali-Məhəmmədi sevmək vacibdir". (Fəxri Razinin kəlamı burada tamam oldu). Bəli bu cür həqiqətlər Aşura qiyamından qabaq sinələrdə həbs olunmuşdu və məhz bu qiyam idi ki, belə həqiqətləri üzə çıxartdı. Bu həqiqətləri dərk etmək üçün isə, əhli-sünnət qardaşlarımızın böyük alimlərinin qərəzsiz yadığı kitablara müraciət eləmək kifayətdir. 5. İmam Hüseyn (ə) qiyamının başqa bir fayda, fəlsəfə və hədəfini on iki imamçı şiə məzhəbinin həqqaniyyət və doğruluğunu isbat etmək kimi, qiymətləndirmək olar. Çünki, Peyğəmbərdən (ə) hədis rəvayət etmək qadağan olunduğu zamandan və bu qadağanın nəticəsində Əhli-beytin və Əlinin (ə) fəzilətləri və əslində peyğəmbərdən sonra, fasiləsiz olaraq Əlinin (ə) və ondan sonra isə onun nəslindən olan on bir imamın yer üzündə höccət olacağı və dini hökuməti idarə edəcəklərini açıqlayan hədislər camaatdan gizlədilmişdi. Bundan isə Bəni-üməyyə sülaləsi lazımınca faydalanmağı bacarmış və özlərinin olmayan fəzilətlərini yaymaq üçün hədis bazarları açmışdılar. Bu işi (uydurma hədislərin peyğəmbərə nisbət verilməsi) özlərinin gələcək hədəflərini həyata keçirtmək üçün ön planda proqramlaşdırmışdılar. Beləki Əhli – beyt və Əlinin (ə) müxalifləri öz kitablarında həzrət Peyğəmbərdən (s) nəql olunan "Məndən sonrakı xəlifələr on iki nəfərdirlər" rəvayətinə uyğun olaraq özlərinə aşağıdakı siyahıya uyğun on iki xəlifə düzəltmişdilər: 1) Ömər, 2) Əbu Bəkr, 3) Osman, 4) Müaviyə, 5) Yezid və yerdə qalan yeddi nəfəri isə bəni-üməyyə xəlifələrindən sayır və deyirdilər ki, Peyğəmbərin (s) məqsədi bu adamlar olublar. Sonra isə öz saydıqları yalançı xəlifələrin fəzilətləri barəsində hədsilər uydurmağa başladılar. Bunun qarşısında isə Əlini (ə) və övladını camaata İslam əleyhinə çıxmış xainlər kimi tanıtdırırdılar. Lakin, Aşura inqilabı müxaliflərin min xəyal ilə qurduqları və min hiylə ilə işlədikləri planlarını alt-üst etdi. Kərbəlada tökülən qanlar bais oldu ki, Müaviyə və oğlu Yəzidin etdiyi cinayətlər üzə çıxsın və camaat onların əslində kim olduqlarını yaxşı başa düşsünlər. Həmçinin bu böyük inqilab səbəb oldu ki, Bəni-üməyyənin tikdiyi "Hədis uydurma zavodu" yerlə yeksan olub, xarabalığa çevrilsin. Amma təəssüflər olsun ki, o "zavod"un istehsal etdiyi "hədis materialları" indi də əhli-sünnət qardaşalrımızın səhih saydığı kitabların əksəriyyətini təşkil edir və bir çox insanlar da gözlərini yumub, sanki heçnəyi görmürmüş və dərk etmirmiş və ya görmək və dərk etmək istəmirmiş kimi, bu uydurma materiallardan istifadə edirlər. Hər şeydən dərdlisi budur ki, İslam dininin amansız düşmənləri, müsəlmanları min yerə parçalamaq və bir-birinin canına düçar etmək üçün, bu cür hədsilərdən iti bir qılınc kimi yararlanırlar... Əhli-beytdən ayrı düşdüyümüz üçün bizə dəyən zərər və ziyanları saymaqla qurtaran deyildir... Bəli, Aşura qiyamından sonra müxaliflər gördülər ki, artıq Müaviyə, Yəzid, Mərvan və bunlar kimilərini Peyğəmbərin xəlifələri adlandırmaq olmayacaq və buna görə də əlacsız qalıb Müaviyəni xəlifələrin sırasından silib, Osmandan sonra Əlini (ə) xəlifə saydılar və bu dörd xəlifəyə "Xüləfayi-raşidin" adı qoydular. Yəni bu dörd nəfər Peyğəmbərin (s) yolundan kənara çıxmamış və o həzrətin (s) layiqli davamçısı olmuşlar. Amma müxaliflər heç vaxt Peyğəmbərdən (s) sonrakı on iki xəlifə problemini həll edə bilmədilər. Çünki Peyğəmbərin xəlifəsi o kəsdir ki, iman, elm, ədalət, əmanət, təqva və başqa ilahi sifətlərdə peyğəmbərə (s) oxşasın. Mən üzümü peyğəmbərdən sonra on iki xəlifə axtarışında olan şəxslərə tutub deyirəm ki, göstərin o on iki nəfəri ki, yuxarıda sadaladığımız sifətlər onlarda olsun!? Bəlkə artıq buna etiraf etmək vaxtı çatmışdır ki, Əli (ə) və onun nəslindən olan on bir məsum imamdan (ə) başqa heç bir kəs bu sifətlərə malik olmamışdır. Necə ki, əhli-sünnət qardaşlarımızın bəzi insaflı və böyük alimləri bu həqiqətə etiraf etmişdirlər. Misal olaraq göstəririk ki, belə alimlərdən biri "Yənabiul-məvəddət" – dostluq çeşmələri – kitabının sahibi cənab "Hafiz Süleyman Qənduzi Hənəfi"dir (vəfat:1294-hq) ki, məlum kitabın 446-cı səhifəsində belə yazır: "Bu rəvayətlər (Məndən sonra on iki xəlifə olacaqdır) yalnız on iki imamçı şiə məzhəbinin əqidəsi ilə üst-üstə düşür. Vəssəlam". Həmin kitabın 444-cü səhifəsində yazır: "Peyğəmbərin "Məndən sonra on iki xəlifə olacaqdır ki, hamısı qüreyş tayfasındandır" hədisi "Buxari və Müslümün səhihlərində birlikdə on bir sənədlə, Əbi davudda üç, Sünəni Termizidə bir və digər kitablarda müxtəlif sənədlərlə nəql olunmuşdur". 6. Aşura qiyamının mühüm fayda və fəlsəfələrindən biridə budur ki, bu qiyam səbəb oldu ki, İsalm dininin dünyaya yayılmasında, İslam dininin insanın təkamül, inkişaf və tərəqqi yolunda lazım olan bütün elmlərdə dünyaya meydan oxumasında əsas və inkar edilməz rolu olan böyük bir məktəbin əsas və bünövrəsi qoyulsun. Bu məktəb sonralar "Cəfəri məzhəbi" adı ilə dünyaya səs saldı. Bu məktəbin məzunları təkcə sünni ya şiə məzhəbindən olan müsəlmanlar deyil, bəlkə qeyri-müsəlmanlarda bu məktəbin məzunları sıralarında gözə çarpacaq dərəcədə çox idilər. Bəli, Kərbəlada tökülən qanların cücərtdiyi Cəfəri məktəbi, əsil İslam fiqhi və etiqadları idi. Yandırıb məhv etdiyi isə Bəni-üməyyə sülaləsinin onsuzda naziklənən kökləri idi. Əgər Bəni-üməyyə zəifləyib, məhv olmasaydı, heç vaxt imam Baqir və imam Sadiq (ə) hədis və rəvayət demək və təcrübəli şagirdlər yetişdirib İslam vilayətinin dörd bir tərəfinə göndərmək fürsətini tapmayacaqdılar. On iki imamçı Şiə əqidəsinin dünyaya yayılmasının səbəbi İmam Sadiqin (ə) məktəbidir, lakin o məktəbin özül və bünövrəsindən tutmuş, banına qədər hamısı İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin qanı ilə möhkəmlənmişdir. Yəni bu məktəb Cəfərilikdən öncə Hüseynçilik məktəbidir. Bəs, iamam Hüseynin (ə) qanı və qiyamı səbəb oldu ki, Əlinin (ə) və Əhli-beytin (ə) məhəbbəti qəlblərə dolsun, bəni-üməyyə və onlar kimiləri rüsvay olsun, müsəlmanlar doğru yola hidayət olsunlar, zülm və zalimin qarşısında dayanmağı öyrənsinlər və İslam dini həmişəlik olaraq öz əsil siması ilə -Bəni-üməyyənin göstərdiyi kimi yox- yer üzündə yayılsın və yaşasın. Həqiqətəndə Allah-taalanın işləri hikmət və dəlilsiz deyildir. İmam Hüseyn (ə) və dostları İslam ağacını öz müqəddəs qanları ilə suvardılar, əsir düşmüş qadın və qızlar isə bu ağacın böyüyüb, İslam ümmətinə gölgə salıb onları dünyanın keşməkeşlərindən qorumasına səbəb oldular və ümməti bəni-üməyyə bataqlığından xilas etdilər. Kərbəla qiyamının islam dünyası üçün nə qədər əhəmiyyətli olduğunu və müsəlmanlara nə kimi faydalar verdiyini belə kiçik məqalələrdə deməklə qurtamaq olmayacaqdır. Buna görədə biz bu qədərlə kifayətlənir və bu məqamda sözümüzü sevimli peyğəmbərimiz Həzrət Xatəmil-ənbiya, Məhəmməd-Müstəfanın (s) gözəl kəlamı ilə sona yetiririk:
«حسین منّی و أنا من حسینی» "
Hüseyn məndəndir və məndə Hüseyndənəm"

 
  Bu gün 128 ziyaretçi (176 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol