Shia ahli
  Şərabın Maddi və Mənəvi Ziyanlar (2-ci hissə)
 

Spirtli içkini insan orqanizminə bir çox zərərləri var biz onların bir neçəsini qeyd edəcəyik.
1. Alkaqolun başlıca və qısa muddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkaqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra öz real təsirlərini o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərini zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq. Anlaşılmaz danışıq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini ortaya çıxaracaqdır.
2. İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə duçar olmuş xəstələrin 87.5% spirtli içkilərin səbəbi ilədir. Spirtli içkilər sidiyin miqdarını daha da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.
3. Spirt qida maddələrini bərkləşdirir, belə ki, əti bir az spirt içinə atsaq aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt mədə südlərini azaldaraq xarab edir və qida üzərində təsir ediciliyinin qarşısını alır, belə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldir.
4. Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu uzun illər şəraba aludə olmuş şəxslərdir. 1902-ci ildə İngiltərə də göstərən statistika əsasən spirtli içkilər səbəbi ilə dəliliyə, ruhu xəstəliyə duçar olan insanların sayı 2249 kişi və 967 qadına bərabərdir.
Spirt haqqında söylənən bu zərərləri nəzərə alaraq niyə illəllərlə şərab içən bir sıra şəxslər sağlamdırlar? Əvvəla cavabı budur ki, sağlamlıq heç kəsin alnında yazılmayıb. Zahirən nəzərə çarpan şərab əhli şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunlulara düçardılar. Hansı ki, daima onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn, əgər kəskin qarın ağrılarına düçar olduqda onu düzgün qidalanmamağa nisbət verirlər. İkincisi də budur ki, şərabın zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8-dən sonra cismdən zahir olması söylənilir. Xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilmir.
Şərab içən şəxs özünü bir mütəxəssisə göstərərək müayinə olsa o zaman biləcəkdir ki, xeyli sayda zərərlər bədəninə daxil olmuşdur. Sual oluna bilər ki, az miqdar şərab da zərərlidirmi? Bəli necə ki, Doktor Melvin Kənzəli 1969-cu ildə Nyu Yorkda keçirilən spirt və spirtizmlə mübarizə adlı 8-ci beynalxalq konfransda deyib: Spirtin az istifadəsi də bir çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi Karolinanın Tibb İnistitut tədqiqat mərkəzinə başcılıq edən doktor Kənzəli eləcə də əlavə edib: Bəziləri güman edirlər ki, məclislərdə necə deyərlər boğaz yaşlasalar spirtə qurşanmayacaq və beyin pozğuntularına düçar olmayacaqlar. Halbuki bu zəmində həyata keçmiş araşdırmalar göstərir ki, spirtli içkilər az miqdarda belə beyin hüceyrələrində pozğuntulara səbəb olur.

 
  Bu gün 154 ziyaretçi (213 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol