Shia ahli
  Qiyamet gununun sahidi
 


Qiyamət gününün ilk şahidi

 

Qurani-Kərimdə Uca Rəbbimiz müsəlmanlara insanlara sülh, əmin-amanlıq, xeyir və qardaşlıq sevgisi göstərmələrini əmr edir. Əlbəttə ki, İslam əxlaqı terror mənbəyi ola bilməz, çünki terrorizm probleminin həlli məhz İslam dinində öz ədalətli həllini tapır. Sevimli peyğəmbərimiz həzrət Məhəmməd buyurur: «Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey - qan olacaqdır!» Allah İslam dinini bəşəriyyətə həqiqət, sülh və xoşbəxtlik yolunu göstərmək üçün nazil edib. İslam əxlaqının əsasları - mərhəmət, fədəkarlıq, insanlara qarşı xoş niyyətdə olmaq, bağışlama, ədalət və buk imi ülvi keyfiyyətlərdir. Qurani-Kərimdə Allah müsəlmanlara hətta onlara pislik edən şəxslərə qarşı belə yaxşılıqla cavab verməyi buyurur: «Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! (Yəni, qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzəya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!» (Fussilət surəsi; 34-cü ayə) Qan tökmək, insanlar arasında müharibələr və münaqişələr yaratmaq Allah-Təalanın lənətləndirdiyi çox böyük bir günahdır. Günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır. Maidə surəsinin 32-ci ayəsində oxuyuruq: «…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»

HaqqYolu


 
  Bu gün 154 ziyaretçi (211 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol