Shia ahli
  Hicab Nedir?
 

Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.a.) itaət deməkdir. 
Uca Allah Özünə və Rəsuluna (s.a.a.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).
Uca və Qüdrətli Allah deyib: «Amma xeyr! (Ya Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsüf) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə (həqiqi surətdə) iman gətirmiş olmazlar» (ən-Nisa, 65).
Uca Allah qadınlara hicab geyməyi əmr edib: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar): öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər...» (ən-Nur, 31).
Uca Allah həmçinin deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)" (əl-Əhzab, 33).
Allah təala deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...» (əl-Əhzab, 53).
Qadir Allah həmçinin deyib: «Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...» (əl-Əhzab, 59).
Allah Rəsulu deyib: "Qadın– övrətdir”. Bu, o deməkdir ki, onun üstünü örtmək lazımdır.
HİCAB – İSMƏTDİR

Uca Allah hicabı qadınlar üçün paklıq simvolu etmişdir: «...Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir...» (əl-Əhzab, 59).
Uca və Xeyirxah Allah yaşlarının çoxluğuna görə şəhvət hissi doğura bilməyən ahıl qadınlara örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa izn vermişdir. Uca Allah deyib: «Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur...»
Ardıyca Allah təala onlar üçün daha xeyirlisini dəqiq göstərir: «...Bununla belə, (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və biləndir!" (ən-Nur, 60).
Beləliklə Allah təala hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta yaşlı qadınlara da məsləhət görür. Əgər belədirsə, cavanlar haqqında nə demək olar?
HİCAB - TƏMİZLİKDİR

Uca Allah deyib: «...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olməyın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər ...» (əl-Əhzab, 53).
Allah təala hicabı mömin kişilərin və mömin qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir, belə ki, göz görməsə könül istəməz. Əgər göz nəyisə görürsə, könül istəyə də bilər, istəməyə də. Belə çıxır ki, nə qədər az görsən qəlbin bir o qədər təmiz olar. Hicab da qəlblərində mərəz olanların şəhvətlərinin qarşısını alır: «...Yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər" (əl-Əhzab, 32).
HİCAB – ÖRTÜKDÜR

Peyğəmbər (s.a.a.) deyib: "Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir”. O, həmçinin demişdir: "Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir”.
HİCAB – TƏQVADIR

Uca Allah deyib: «Ey Adəm övladları ! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli bir libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız» (əl-Əraf, 26).
HİCAB – İMANDIR

Qüdrətli və Uca Allah hicab haqda buyurarkən yalnız mömin qadınlara müraciət edirdi. O deyib: «Mömin qadınlara de ki...» (ən-Nur, 31). «...və möminlərin övrətlərinə de ki...» (əl-Əhzab, 59).
Bəni Tamim qəbiləsindən olan qadınlar Aişənin yanına nazik paltarlarda gəldikdə Aişə onlara dedi: "Əgər siz möminsinizsə bu paltar möminlər üçün deyil. Yox əgər siz mömin deyilsinizsə onda onlardan həzz alın”.
HİCAB - HƏYADIR

Rəsulullah (s.a.a.) deyib:"Hər bir dinin öz xüsusiyyəti var. İslamın xüsusiyyəti– həyadır”
O, həmçinin deyib: "Həya imandandır, iman isə Cənnətdədir...”.
Peyğəmbər (s.a.a.) deyib: "Həya ilə iman bir-biriylə qırılmaz əlaqədədir əgər bunların birini yox etsən, o birisi özbaşına yox olar”.
HİCAB QADININ NAMUSUNU QORUYUR

Hicab həmçinin, arvadına və ya qızına dikəlmiş günahkar baxışları qəbul etməyən normal, sağlam düşüncəli kişinin qadının namusunu qorumaq kimi təbii hissləri ilə də təmamilə uzlaşır. Qadın namusunun qorunması və onun toxunulmazlığı cahiliyyət dövründə də, İslam dövründə də neçə-neçə qanlı konfliktlərin səbəbi olmuşdur! Hz. Əli (a.s.) demişdir: "Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarlarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?”. Öz arvadının namusunu qorumayan nakişidir!

 
  Bu gün 128 ziyaretçi (173 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol