Shia ahli
  Ashura Qehremani Hz Huseyn vesiyyetinden
 
 
Aşura qəhrəmanı Hüseynin (ə) vəsiyyətindən
Allahın adı ilə Aşura qəm yükü olduqca ağır bir gündür. Aşura günü Sübhan Allahın öz bəndələrinə təyin etdiyi rəhbər vəhşicəsinə qətlə yetirildi. Görəsən onun cinayəti nə idi? Allahın təyin elədiyi rəhbər cinayət edə bilərmi? Fikrimizcə, əgər Allah bütün aləmləri və aləmdəkiləri yaratmışsa və bütün aləmlər Onun mülküdürsə, bu halda Onun tərəfindən təyin edilmiş rəhbərin cinayət etməsi mümkünsüz olur. Elə bir şey yoxdur ki, Allah-taala onun olmasını istəsin və o şey olmasın. Cinayət, zülm, ədalətsizlik kimi pis sifətlər hansısa yaxşının olmamasından meydana gəlir. Əgər iki insan arasında çəkişmə olursa, sözsüz ki, iki tərəfdən birində nəsə yoxdur. İstər çəkişmə maddi yönlü, istər mənəvi yönlü olsun. Mənəviyyat yolunda yaranan ixtilaflarda hansısa tərəfin elmi azdır. Nəticədə iki alim arasında mənəviyyat mövzusunda problem yaranır. Elmi və təqvası az olan tərəf sözsüz ki, günahkar olur. Yaxud təqvasızlıq ucbatından yol verilən günahlar insanı haqqı görən gözdən məhrum edir. Elmi, ya təqvası az olan tərəf günaha batır. Necə ki, İmam Xomeyni buyurub: “Alim olmaq asandır, insan olmaq çətin”. Biz maddiyyat üstündə baş verən çəkişmələrdən ətraflı danışmaq istəyirik. Dünyadakı əksər davalar, müharibələr maddiyyat üstündədir. Məsələn, İraqdakı, Fələstindəki, Qarabağdakı hadisələr. Maddiyyat üstündəki vuruşlar bəzən tamahın çoxluğundan da olur. Çünki insan nə qədər varlansa, Allahdan qəflət səbəbindən gözü doymur. Allaha yaxınların isə heç nəyi olmadığı halda gözləri toxdur. Çünki onların Allahı var. Acgözlər isə maddi nemətlər içində qərq olduqları halda yenə də aşağı məqamda olduqlarını hiss edir, daha çox mal-mülk eldə etməyə çalışırlar. Bəzi vaxtlar hətta rəblik iddiasına düşənlər olur. Əksər maddi nemətlər, qəsrlər, qullar əlində olan acgöz Fironu rəblik eşqinə salan nə idi? O başqa insanlara deyirdi ki, mən sizin Rəbbinizəm. Yalan dediyini də gözəl bilirdi. Məgər ola bilərmi ki, kimsə doğrudan da nəsə yaratmadığı halda özünü yaradan bilsin? Firon zülm etmək istədiyi ailənin kişisini öldürüb qadınını diri saxlayırdı. Günümüzün Fironu sionist rejim Firondan da hiyləgərdir. Onlar çəkdikləri əxlaqsız filimlərlə, yaydıqları çılpaq mədəniyyətlə (mədəniyyətsizliklə) namus sözünü aradan qaldırmaq istəyirlər. Belələri ilə müqayisədə Firon babat idi. Firon kişini öldürəndən sonra onun qadınını qəsri üçün saxlayırdı. Amma müasir fironlar elə bir vəziyyət yaradıblar ki, daha kişini öldürüb onun arvadını-qızını aparmaq lazım deyil. Elə kişinin gözü qabağında onun ailəsi çılpaq gəzir, fahişəlik edir. Allah-taala bütün azğınları hidayət etsin. Amin! Yaxşı, bəs Allah adında nə var ki, Firon və başqa fironsifət zalımlar bu adla müxalifdirlər? Sadə bir cavab: Allah adında ədalət var. Əgər Allahın hər şeyi varsa, deməli kiməsə zülm etməz. Yəni kiminsə haqqını əlindən almaz. Allahda nə yoxdur ki, o şey məndə, səndə var və Allah onu bizdən zorla almaq istəsin? Əslində səndə və məndə olanlar da bizim yox, Allahındır. Zülm acizlik göstəricisidir və Allah zülm sifətindən tamamilə uzaqdır. Çünki hər şeyə qadirdir, nəyinsə qarşısında aciz deyil. Əgər Allah zülm etmirsə, deməli o bütün yaratdıqlarına ədalətli rəhbər təyin etməlidir. Çünki qeybi və aşkarı bilən Odur. Necə ola bilər ki, bazardan aldığı qarpızın içindən qafil olan insan özünə rəhbər təyin edə? Bazardan aldığı qarpızdan qafil insan Amerikanın təzə prezidenti Obama kimi mürəkkəb bir vücudu tanıya bilərmi? Sözsüz ki, yox. Aldığımız qarpızı kəsdirməyib alsaq, yanılarıq. Obama isə qarpız deyil ki, kəsib içinə baxasan, şirin olub-olmadığını təyin edəsən. Şərəfsiz Buş Allahın adından sui-istifadə edib özünü sadəlövh insanlara dindar kimi göstərmirmi? Amerikada təzə prezident seçilən Obama da iddia edir ki, mən prezident seçilsəm müharibələrə son qoyacaq, sülhə nail olacağam, Buş siyasətinin əleyhinə bir siyasət aparacağam. Amma nə baş verəcək? Elə əvvəlki kimi qalacaq hər şey, yoxsa dəyişiklik olacaq? Doğrusunu Allah bilir. Məhz bu nöqtəyə əsasən seçim Allaha məxsusdur! Demokratiya adı altında gizlənib dedilər ki, İraqda nüvə silahı var, bəşəriyyət üçün təhlükədir. İraqa girdilər, amma nüvə silahı tapılmadı. Dedilər Səddam dünyanı qarışdırır. Daha Səddam da yoxdur. Ancaq Amerika hələ də İraqdadır. Görəsən nə axtarır? Deyir sabitlik yaradıram, amma adam öldürür. Dediyinin tam əksini edir. Sabitlik hara, qətl hara?! Sən demə, dava neft davası imiş. Səddamı da elgözünə asdılar. Maşallah, İraqda neft boldur. Neftin dibinə daş atmayınca Amerika geri qayıdan deyil. Bəlkə heç neft qurtaranda da qayıtmadı. Çünki İrana yaxınlıq ona şirindir. Qayıdaq mövzumuza. Deyilənlərdən aydın olur ki, rəhbər təyin etmək ancaq Allahın öhdəsinədir. Allah bilir ki, kimdən rəhbər olar və kim gələcəkdə insanlara zülm etməz. Ədalətli Allah ədalətli rəhbərləri bizə təqdim etdi. Ancaq dünya vəfasız çıxdı. Bu dünya o qədər haqpərəstləri güdaza verib ki! Bu dünya hər nəyə yar oldu, haqdan başqa. Bəlkə də dünya yox, biz insanlar hər nəyə yar olduq, haqdan başqa! Allahın seçdiyi pak peyğəmbər ailəsindən olan on bir məsum rəhbər şəhadətə yetrildi. Hüseyn onlardan biridir. Hüseyn həmən imamdır ki, Aşura günü şəhadətə yetrildi. Allahın salamı olsun sənə, ey Hüseyn! Ey Hüseyn, sən şəhid oldun Allah eşqinə. Sən şəhid oldun haqq, ədalət eşqinə. Zalım Yezid hökuməti, onları qəbul etmədiyin üçün səni şəhadətə yetirdi. Şəhadətinlə bizə bildirdin ki, zillət sizdən uzaqdır. Ailəni əsir aparan düşmənlərin öz qeyrətsizliklərini dünyaya nümayiş etdirdilər. Hüseyn, sən alçalmadın, sən izzətə çatdın. Sənin başına gələnlər tutduğun yolun haqq olmasına sübutdur. Ailənin əsir götürülməsi düşmənlərinin rəzil olmasının ən böyük dəlilidir. İki müsəlman bir-biri ilə bəzən düşmən çıxır. Amma kişilər kişi kimi düşmənçilik edir. Peyğəmbər ailəsinin müsəlmanlar tərəfindən əsir götürülməsi namərd işidir, nakişi işidir. Ey Hüseyn, sizi azğınlar qəbul etmədi. Qəbul etmədilər ki, haqlarından artıq yeyə bilsinlər. Sizi şəhadətə yetirdilər ki, haqlarından artıq əldə etsinlər. Sizi Allahın xəlifəsi olduğunuz üçün şəhadətə yetirdilər. Ədalətinizə tab gətirmədilər. Sizin yeriniz bu gün də Buş kimi nakişilər tərəfindən qəsb olunub. Buş və buşsifətlər bu gün də dünya məzlumlarının haqqını yeyir. Allah bizləri xətalarımıza görə bağışlasın və İmam Mehdinin (ə) zühuru ilə bütün dünyada zülmü aradan qaldırsın. Amin! Məqaləmizin adı “Aşura qəhrəmanı Hüseynin vəsiyyətindən” olduğu üçün İmam Hüseynin (ə) şəhadətdən əvvəl bütün insanlara söylədiyi vəsiyyəti xatırlayırıq. Biz bu vəsiyyətdən hər günümüz üçün bəhrələnməliyik: “Bismillahir-rəhmanir-rəhim. Bu vəsiyyət Hüseyn ibn Əli tərəfindən İbn Hənəfiyyə kimi tanınmış qardaşı Məhəmmədə ünvanlanmışdır". Hüseyn şəhadət verir ki, Allahın müqəddəs zatından başqa məbud yoxdur. O şəriksizdir. "Şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və peyğəmbəridir. O, haqq dini haqq tərəfindən gətirdi. Cənnət və cəhənnəm haqdır. Qiyamət qətidir və Allah-taala bütün insanları qəbirdən qaldırar. Qardaşcan! Mənim qiyamımın məqsədi şər, açıq-saçıqlıq, təkəbbür, qürur, fitnə-fəsad yaymaq, zülmə rəvac vermək deyil. Yalnız ona görə qiyam qaldırmışam ki, cəddimin ümmətini islah edim. Cəddimin ümməti arasında fəsad çoxalmışdır. Mən bu fəsadı islah etmək istəyirəm. Yaxşılığa əmr etməklə cəmiyyətdə diqqəti xeyir və saleh əmələ yönəltmək əsas məramımdır. Cəmiyyətdə pis iş rəvac tapdığından xalqı pis işdən çəkindirmək fikrindəyəm!”

 
  Bu gün 81 ziyaretçi (256 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol