Shia ahli
  Vicdan mehbuslari olkesi
 

Vicdan məhbusları ölkəsi
Azərbaycanda baş verən son proseslərlə bağlı daha bir nüfuzlu xarici media qurumu - BBC yayım korporasiyası geniş süjetlə çıxış edib. “BBC World” tərəfindən yayılan süjetdə deyilir ki, neftlə zəngin Azərbaycanda müxalifət tərəfdarları ərəb ölkələrindəki inqilablardan ruhlanaraq küçələrə çıxır. Ancaq hakimiyyət də inqilabın ölkəyə yayılmasına imkan verməmək üçün hər şeyi edir.
BBC müxbiri aprelin 17-də Bakıda polisin aksiyanı necə dağıtması barədə belə yazır: “Bakının mərkəzində, hakim partiyanın qərargahı qarşısındakı meydanın ətrafında yüzlərlə insan gəzişir. Lakin onların məqsədi adi gəzinti yox, hakimiyyətə qarşı etiraz nümayişidir. Cins geymiş gənclər siqaret çəkə-çəkə aksiyaya necə başlamaq barədə müzakirə aparırlar. Bu zaman pusquda durmuş mülki geyimli polis zabitləri ciblərindən portativ radiostansiyanı çıxararaq hücum başlamaq barədə komanda verir. Nümayiş başlamadan yüzlərlə uniformalı polis meydanın ətrafında bütün istiqamətlərdən hücum keçir. Qəfildən kimsə şüar qışqırır, ancaq dərhal dörd polis onu tutub yerə yıxır və sürüyür. Daha sonra bir dəstə polis 5 yaşlı qızının əlindən tutmuş gənc qadını əhatəyə alır, uşaq “Azadlıq” qışqırır və yumruğunu havaya qaldırır. Polislər uşağı qadınla birlikdə saxlayıb patrul maşınına salırlar. Bu zaman qadın Azərbaycan dilində nəsə qışqırır, mən yerli reportyordan xahiş edirəm ki, onun nə dediyini tərcümə etsin. “Bizim dərman almağa da pulumuz yoxdur, elə bilməyin ki, hakimiyyətiniz ömürlük olacaq, odur, Misirdə 30 illik rejim çökdü” deyə qadın polislərə etiraz edir”.
“BBC World” qeyd edir ki, hakimiyyət nümayişləri dayandırmaq üçün müxalifət fəalları arasında kütləvi həbslər aparıb, xüsusən gənc fəallar təqib olunur və müxtəlif bəhanələrlə həbs edilir. “Amnesty İnternational” həbs edilənləri vicdan məhbusu elan edib. Prezident İlham Əliyev isə ölkədə korrupsiyaya qarşı mübarizə başladıb. Ölkəyə neftdən və qazdan böyük gəlirlər daxil olsa da onun xeyrini ancaq kiçik qruplar görür. “Qərb əlbəttə ki, prezident Əliyevin demokratik azadlıqlar barədə vədlərinə inanmaq istərdi. Parlamentin deputatı Mübariz Qurbanlı deyir ki, Azərbaycan ərəb ölkəsi deyil, burada demokratiya var, azad seçkilər keçirilir. Lakin politoloq Ərəstun Oruclu deyir ki, ölkədə əsl demokratiyadan əlamət yoxdur. Onun dediyinə görə, hökumətin anti-korrupsiya tədbirləri də kosmetik xarakter daşıyır”.

Bizimyol


www.haqqyolu.com

 
  Bu gün 78 ziyaretçi (104 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol