Shia ahli
  Tofiq Nedir
 

TOFİQ NƏDİR?

(Ustad Hüseyn Ənsarianın “Ürfan” kitabına istinadən)

Tofiq elə bir haldır ki, insanda Allahın əmri ilə hasil olar. Bu halın sayəsində insan imanı, hər bir hərəkətlərini İlahinin pak mədəniyyəti ilə əldə etməyə müvəffəq olacaqdır.

Tofiq İlahi bir nurdur ki, can və qəlbdə təcəlli edər. İnsan bu nura qovuşaraq, kamala doğru hərəkət edər, ali və dəyərli bir varlığa çevrilər.
Tofiq böyük İlahi nemətlərdən biridir ki, hər kəsə nəsib olar. Onun vasitəsilə xeyrə çatar və qəlb evini İlahi hikmət və səma maarifi ilə doldurar və dilində təcəlli edər.
Əlbəttə mehriban Allah, maddi nemətlər kimi bu mənəvi neməti də insana nəsib edər. Ancaq bu insandır ki, iradəsinin əksinə olaraq, onu özündən kənarlaşdırar və özünü bədbəxtlik quyusuna atar.

Böyük Allahımız peyğəmbərlərin (ə), İmamların (ə), səma kitabının vasitəsilə insanı Haqqın razılığını qazanacaq işlərə tərəf dəvət etmişdir. İnsanın cismində, qəlbində, canında və fikrində bu dəvətə cavab qüdrətini inayət etmişdir. Ancaq insanların əksəriyyəti Haqqın bu dəvətinə cavab verməmişdir və vermir. Çox təəsüf ki, Allahın verdiyi bu qüvvələri havayi-nəfsinə və şəhvətinə xərcləyir.
Heç bir kəs deyə bilməz ki, mən tofiqsizəm və ya tofiqim azdır. Çünki bu iddia Allaha vurulan bir töhmətdir. Allah heç kimi bu nemətdən məhrum etməmişdir.


Hazırladı: Məşhədi Xanım,

"Deyerler.org"

 
  Bu gün 56 ziyaretçi (124 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=