Shia ahli
  Seihidlerin ali meqami
 
 
Şəhidlərin ali məqamı
Bəşər tarixində elə anlar baş verir ki, fədakarlıq etmədən və qurban vermədən xətərlər aradan qalxmaz, böyük və müqəddəs hədəflər hifz olunub, saxlanıla bilməz. Elə ona görə də bir qrup mömin və fədakar müsəlmanlar meydana atılar və öz qanları ilə haqqın keşiyində durarlar. İslam məntqində bu kimi insanlara şəhid deyirlər. Şəhid kəlməsi "şuhud" məsdərindən götürülmüşdür, onlara bu kəlmənin aid edilməsi: * ya haqla vuruşan düşmənlərin meydanına atılmaqlarına görədir; * ya şəhadət anında rəhmət mələklərini seyr etdiklərinə görədir; * ya onlar üçün hazırlanmış böyük nemətlərə görədir; * ya da Allah dərgahında olmaqlarına görədir. Belə ki, Allah Təala «Ali-İmran» surəsinin 169-cu ayəsində buyurur: "Allah yolunda öldürülənləri ölü hesab etmə! Əksinə, onlar diridirlər və Rəbbləri yanında onlara ruzi verilir" İslamda çox az insan şəhidlik məqamına çatır, o şəhidlər ki, iradəli halda və təmiz niyyətlə haqla batilin müharibəsinə gedərlər və orada son qanlarına qədər vuruşarlar, onlara şəhid demək olar. Şəhidlərin məqamları haqqında İslam mənbələrində çox sayda hədislərə rast gəlmək olur. Peyğəmbərimizdən (s) gələn hədisdə oxuyuruq: "Hər bir yaxşılığın qarşısında yaxşılıq durur və Allah yolunda şəhadətə çatanda ondan uca məqamı təsəvvür etmək olmaz". O Həzrətdən gələn başqa hədisdə nəql olunur: "Allah yolunun mücahidləri behişt əhlinin rəhbərləridirlər". İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Allah dərgahında heç bir damla onun yolunda tökülən qan damlası və ya onun qorxusundan qaranlıqda tökülən göz damlası qədər sevimli deyildir". İslam tarixini vərəqləsək, görərik ki, onun səhifələrinin çox hissəsini şəhidlər öz qanları ilə yazılıblar və onların xidmətləri çox böyük və iftixarvericidir. Şəhdlər nəinki dünən var idi, onlar bu gün də var, onlar bu gün də düşmənin canına vəlvələ salırlar və onları İslama əl uzatdıqlarına peşman edirlər. Müsəlmanlar üçün şəhadət necə də ali məqamdır və düşmənlər üçün necə də dəhşətlidir! Ancaq şübhə etmədən deyə bilərik ki, şəhadət bir hədəf deyildir, şəhadət İlahi vəzifədir – haqqın batilə qələbə çalması vəzifəsi. Ancaq mücahidlər bu yolda o qədər hazır olmalıdırlar ki, lazım olsa, qanlarını Allah yolunda fəda etsinlər, bu şəhidpərvərlik millətin ruhunda, canında olmalıdır, şəhadəti bir hədəf kimi tələb etmək olmaz. Bu haqda Rəsuli Əkrəmdən (s) gələn hədisə nəzər salaq: "And verirəm o kəsə ki, canım onun əlindədir, o zaman ki, şəhidlər məhşərə daxil olacaqlar, əgər peyğəmbərlər onların yolunda ata miniblərsə, enəcəklər. Bu onların nuruna görə olacaqdır və onların hər biri öz qohum və qonşularından 70 min nəfər üçün şəfaət verəcəklər". Bu nöqtə də diqqətəlayiqdir ki, şəhadət İslam mədəniyyətində iki mənaya malikdir: xüsusi mənaya və ümümi mənaya. Şəhadətin xüsusi mənası Allah yolundakı müharibədə öldürülməkdir ki, İslam fiqhində xüsusi əhkama malikdir. Buraya şəhidin qüslsüz, kəfənsiz dəfn olunması da daxildir, belə ki, onlar elə həmin qanlı libasları ilə dəfn edilirlər. Amma ümumi məna odur ki, insan İlahi vəzifəzini yerinə yetirən zaman öldürülür. Hər kim ki, bunun kimi vəzifəni yerinə yetirən zaman dünyadan gedərsə, şəhid sayılar. Ona görə hədislərdə dünyadan gedən şəhidlər də bir neçə qrupdurlar: 1 - Peyğəmbərdən (s) nəql olunur ki : «O kəs ki, elmin təhsili yolunda dünyadan gedərsə, ölmüş şəhid sayılır». 2 - Əmirəl möminin Əli (ə) buyurur: "O kəs ki, ölüm çarpayısında dünyadan gedər, amma İlahi mərifətə, peyğəmbərinin (s) və Əhli-beytinin (ə) həqiqi mərifətinə malik olarsa, dünyadan şəhid getmiş sayılar". 3 - İmam Sadiqdən (ə) gələndən hədisdə deyilir: "O kəs ki, öz malını müdafiə edən zaman qarətçilərə müqavimət göstərə və öldürülə - şəhid sayılır". 4 - Bu qrup şəhidlər İlahi vəzifəsini yerinə yetirən zaman dava meydanında öldürülənlərdir ki, Allah onları diri adlandırır və buyurur ki, «onlar diridirlər və Rəbblərinin yanında onlara ruzi verilir». Bu bəhs elə ali bir məqama aiddir ki, onun haqqında danışmaqla bitməz, yazmaqla qurtarmaq olmaz, ona görə də bu bəhsi İmam Rzadan (ə) gələn hədislə yekunlaşdıraq ki, o Həzrət (ə) cəddi Rəsulallahdan (s) nəql edir: "Behiştə daxil olacaq ilk insan şəhid olacaq".
 
  Bu gün 25 ziyaretçi (85 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=