Shia ahli
  Ramazan ayi haqqinda hedisler!
 
                                                                                                               Ramazan ayı 
Qur’an: «İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün Qur‘anın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin olunmuş) sayı kamala çatdırasınız və sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də şükr edəsiniz.» [1]

1. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»[2]
2. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»[3]
3. Allahın Peyğəmbəri (s.a.a.): «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»[4]
4. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»[5]
5. İmam Əli (a.s.): «Bir gün Allahın Rəsulu (s.a.a.) bizə xütbə söyləyən zaman buyurdu:
«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…»
Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?»
Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»[6]
6. İmam Baqir (a.s.): «Allahın Rəsulu (s.a.a.) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s.a.a.) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:
«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»[7]
7. İmam Sadiq (a.s.) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»[8]
8. Allahın Peyğəmbəri (s.a.a.): «Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»[9]
9. Allahın Peyğəmbəri (s.a.a.) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»[10]
10. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»[11]
11. İmam Sadiq (a.s.): «Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»[12]

 
  Bu gün 102 ziyaretçi (180 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol