Shia ahli
  İftar duası və Ramazan ayının duası
 

İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

Ramazan ayının duası:
Bismillahir-rəhmanir-rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy’. Və huvəs-səmi’ul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Qur’an. Hudən linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cə’əltə fihi ləylətəl-qədr. Və cə’əltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər-rahiminr.

Bismillahir-rəhmanir-rəhim. Əllahummə ədxil əla əhlil-quburis-surur. Əllahummə əğni kullə fəqir. Əllahummə əşbi’ kullə cai’. Əllahumməksu kullə uryan. Əllahumməqzi dəynə kulli mədin. Əllahummə fərric ən kulli məkrub. Əllahummə ruddə kullə ğərib. Əllahummə fukkə kullə əsir. Əllahummə əslih kullə fasidin min umuril-muslimin. Əllahumməşfi kullə məriz. Əllahummə suddə fəqrəna biğinak. Əllahummə ğəyyir suə halina bihusni halik. Əllahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy’in qədir.
Tərcüməsi:
Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, Sənin insanların hidayəti üçün Qur’anı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi.

İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doyuzdur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, mö’minlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizim borclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən.

 
  Bu gün 67 ziyaretçi (83 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol