Shia ahli
  Ramazan ayının 1-ci günü
 

Bismilləhir Rahmənir Rahim.

Əziz müsəlman bacılar və qardaşlar sizləri qarşıdan gələn 11 ayın sultanı olan "Müqəddəs Ramazan Ayı" münasibətilə təbrik edirik. Allah bu şəfaətçi ayda hər birimizin günahlarını əhv etsin. Bizləri tövbə edənlərdən, abid insanlardan, namazı namaz kimi qılanlardan qərar versin. Müqəddəs Ramazan ayında şeytanın əli-ayağı zəncirlənir və hər bir namaz qılan bu ayı fürsət bilməlidir ki, Allah onun günahlarını bağışlasın və bu ayı əliboş çıxmasın. Allah Təala bu müqəddəs ayda səbəbə axtarır ki, bəndələrini bağışlasın. Allahın bütün Rəhmət Qapıları bu ayda biz namaz əhlinin üzünə açıqdır. Bu ayın bir gecəsi başqa ayların min gecəsinə bərabərdir. Bu ayın feyzinin qədrini bilsək dünya və axirət bizlər üçün bəs edər. Bu ayda bir savab iş qat-qat savab əməl kimi yazılar və bu hədislər də məlum olduğu kimi hətta 70 dəfə artıq savab yazılar. Böyük savaba sahib olan əməllər "Allahdan istiğfar diləmək (əstağfirullahə və ətubu iləyh) və Muhamməd və Ali Muhammədə Salavat göndərməkdir (Allahummə Səlli Əla Muhammədin və Ali Muhamməd)". Allah bu ayın feyzindən bizləri binəsib etməsin, tövbələrimizi qəbul etsin və bizləri xalis bəndələr kimi məhşərdə məhşur etsin.
Hər il olduğu kimi bu ildə Razaman ayının daxil olmasında müəyyən mübahisələr var. Yəni ki, bu il Ramazan ayı 1-i avqust ayının 11-ə təsadüf edir, yoxsa 12-ə? Bu sual hər birimizi narahat edir. Çün hər bir mömin insan Ramazan ayının bir gününü də olsun qaçırmaq istəməz. Ramazan ayının 1-ci günü avqust ayının 12-nə təsaddüf edir. Yəni avqust ayının 12-ci günü Ramazan ayı daxil olur, ancaq ayın 11-də yövmün şəkk niyyəti ilə oruc tutulmalıdır. Yəni ayın 11-i belə niyyət etməlisiniz "əgər Ramazan ayıdırsa Ramazan ayının orucunu tuturam, yox əgər Ramazan ayı deyilsə Şaban ayıdırsa qəza və ya müstəhəbbi oruc tuturam qurbətən iləllah." Bu niyyətə yövmün şəkk deyirlər. (Bu fətva bizim fətva deyil müctəhidin fətvasıdır.)

 
  Bu gün 29 ziyaretçi (67 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=