Shia ahli
  Allah dergahina catan xanim
 

Allah Dərgahına Çatan Xanımdı
 
Mələklər, insanlar saysız-hesabsız,
Salamlat söyləyir heç təmənnasız,
Betül sevən yaşamasın hicabsız,
Zəhra şəfaətə yetən xanımdı,
Allah dərgahına çatan xanımdı.

Nurlu ana - on bir imam anası,
Adın sənin gözəlliklər aynası,
Hər zamana çatan abır həyası,
Ruhu burda özü gedən xanımdı,
Allah dərgahına çatan xanımdı.

O kəsə Rəbbimin olsun lənəti,
Onun ki, yox imiş vicdan, qeyrəti,
Verdi Fatiməyə əzab-əziyyəti,
Hər cür sıxıntı çəkən xanımdı,
Allah dərgahına çatan xanımdı.
 
  Bu gün 35 ziyaretçi (462 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=