Shia ahli
  ALLAH dostları
 

Allah Dostları

Allaha eylə pənah ondan istə hacətini,
Qul ol O Xudaya sən Verəcək qiymətini.

Tanrı dostu ilə dost ol başqasına nə gərək,
Yalnız düşməninə bəslə kini,nifrətini.

Bir onun dostlarının heç nədən qrxusu yox,
Baxsan hər bir tərəfə göstərəcək qüdrətini.

O,həlim O,mehribandır vəfalı qullarına,
Adını zikr eləsən yox edər hər çətini.

Ona düşmən olanin yeri dəhşət məkanı,
Bir səcdə etsən belə qaldırar şöhrətini.

Xalida,fani dünya malına etmə tamah,
Kim aparib haqq evinə varını,dövlətini?

Müəllif və hazırlayan Xalid Azadoğlu (08.05.2010)a

 
  Bu gün 35 ziyaretçi (450 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=