Shia ahli
  Hz.Əbəlfəzl (Ə) haqqında şerlər şerl
 



Get Əbülfəz bu Hüseynə səni qurban elədim, 


Get Əbülfəz bu Hüseynə səni qurban elədim,
Bəslədim sərvi qəddün azimi meydan elədim!

Bu Hüseyn sifdi Nəbidir sən ona rəsmi qulam
Sənə rayət budu şahən şahi dövranı imam
Budur aləmlər içində səbəbi nəzmi-nizam
Bu Hüseynə səni mən xadimi dövran elədim.

Mümkün olduqca gətir abi sərin xeymələrə
Ta ola bəlkə təsəlli hərəmi teşnələrə
Xidmət eylə nə qədər vardı canun nəcmlərə
Səni səqqayi Hüseyn höccəti Sübhan elədin.

Əkbər üstə qənədün sərginən ey sərvi rəvan
Cəddünə oxşari var Hüsnüdə çox vardı nişan
Can sənin can bu dilarami Hüseyn teşnə ləban
Səni bu nəsli Əbul-Qasimə qurban elədim.

Nadima eylə təvəccöh zübdeyi nasə müdam
Yazginən qisseyi dil sözünü qıl tasə müdam
Müşkül əmründə yapış daməni Əbbasə müdam
Ta şikayət eləmə ömrümü viran elədim.

İmdadə yet, Əbülfəzlim amandı!
Hüseynimin Kərbəlası burdadı
Zeynəbimin ney-nəvası burdadı
Hər bir zülmün ibtidası burdadı
Əldən gedən həm vətənim həm imandı
İmdadə yet, Əbülfəzlim amandı!

Gülüstanda gəşt eyləyir uşaqlar
Güllə səsi tutubdu çox qulaqlar
Bu günümüzə dərə ağlar, dağ ağlar
Dağlarımın başı çəndi, dumandı
İmdadə yet, Əbülfəzlim amandı!

Axı atan olub, Əli şahi din
Qalxıb göyə fəqani din, ahi din
Cəbhələrdə ölən min-min şəhidin
Qan çuxuru dəniz deyil, ümmandı
İmdadə yet, Əbülfəzlim amandı!

Əsir olub şəhidlərin balası
Qızarıbdır gözlərinin alası
Bax gör kimdir bu günlərə qalası
Şücaətin doğru, yoxsa yalandı
İmdadə yet, Əbülfəzlim amandı!

Neçə gəlin başsız qalıb ocaqda
Neçə körpə başsız qalıb bucaqda
Kimsəsizik neyləyək biz bu çağda
Ümidimiz bir sənsən, bir Qur`andı
İmdadə yet, Əbülfəzlim amandı!

Çoxları var hərbi paltar geyərlər
Dillərində vətən, vətən deyərlər
Amma yetim əmlakını yeyərlər
Bu haqsızlıq sənə yaxşı bəyandı
İmdadə yet, Əbülfəzlim amandı!

Dəstəli şəb həmdəki ruz ağlar
Dərdlərini ürəyində saxlayar
Ürək odun qələmimi dağlayar
Haqsızlıqlar məmləkəti dağladı
İmdadə yet, Əbülfəzlim amandı!

Şəhid Məşədi molla Dəstəli.(İmişli)

Bilin Əbbasi Əli çun o vəfadar mənəm

Bilin Əbbasi Əli çun o vəfadar mənəm
Naibi şiri Xuda Heydəri Kərrari mənəm.

Yox bərabər mənə aləmdə əya qövmi ərəb
Zərbi şəstimlə bilün tab eləməz şami hələb
Gəlmisiz bir nəfərin üstünə yüz min nə səbəb
Bir Hüseyn qardaşıma yavəri ənsari mənəm.

Çəkərəm qeyzi qəzəblə bu zaman tiqi sənan
Edərəm su yerinə indi bu səhraləri qan
Nədi leşkər nədi bu qövmi Ömər Sə`di sənan
Eylərəm yox hamısın ziyqəmi xun xari mənəm

Yoxdu bakim yüz ola min bu qədər leşkəridən
Çün şücaət yetişib irsi mənə Heydəridən
Tökərəm qan, alaram can nə qədər sizlərdən
Naibi şiri Xuda Heydəri Kərrari mənəm.

Açdı şahbazi kimi Heydər əduvva pəri bax
Qorxudan Şimri Ömərdən kəsilib nitqi məlal
Qeyz ilə həmlə edib leşkərə çün Rüstəmzal
La fətanın balası aləmə sərdar mənəm.

Çünki dəvayə başında var idi eşqi həvəs
Dəmbədəm nə`rə çəkərdi salıb aləmlərə səs
Kəsilib qövmi Ömərdən o zaman nitqi nəfəs
Mürtəza oğlu, Hüseyn qardaşı salari mənəm.

Göndəribdür məni dəvayə o şahi mədəni
Qaçmeyün hazir olun cəngə əya qövmi dəli
Bir belə gündən ötür bəsləmişəm bu bədəni
Naibi mən qəbəti heydəri kərrari mənəm.

Yol verin abi Fərata gedim ey qövmi dəqa!
Bir Xudadan utanın bircə edün şərmi həya
İznim olsaydı edərdim sizi bir mərrə fəna
Qalmışam Kərbübəla içrə giriftari mənəm.

İçəmdün sən su özün, baxdün o ali nəsəbə
Xeymədə teşnə qalan şahi Hüseyn ərəbə
Qurban ollam belə bu qeyrəti həqqi ədəbə
İçmərəm mən bu sudan eylərəm iqrar mənəm.

Su ilə məşqini doldurdu o dəm mala mal
Gətdi tək puyi atın bəzmilə ba əzmi xitab
Qoşuna vurdu qılınc eylədi çün ahi fəğan
Nə`rə çəkdi dedi Əbbasi ələmdari mənəm.

Dögülüb kusi dəhül təbl naqara vurulub
Tazədən hökm olunub leşkərə səflər qurulub
Bir içim sudan ötür yüz minəcən canqırılıb
Sahibi tiqi dosər ziqəmi xunxari mənəm

Yetişib abi Fərat üstə olub daxili ab
Dedi tez iç bu sudan teşnəsən əz bəsgi üqab
Alıb ətrafımızı qövmi dəqa misli səhab
Bir içim su aparım Əsğərə naçari mənəm.

Tut əlindən bu Axundun iki dünyadə ağa!
Var onun göylü həqiqət bu təmənnadə ağa!
Şərmüsər olmasın ol mənzülü üqbadə ağa
Ruziya həm əli boş bəsgi günahkari mənəm.


Ey mahi bəni Haşim, Xurşidi liqa Əbbas!
Ey nuri dili Heydər, Şəmi şühada Əbbas!

Ba mehnəto dərdi cəm, Mən ru be tu avərdəm!
Dəste məne məhzun gir, əz bəhri Xuda Əbbas!


Tərcüməsi:

Ey bəni Haşimin ayı, Günəşə oxşar Əbbas!
Ey Heydərin qəlbinin nuru, şəhidlərin şəm`i Əbbas!

Dərdli və qəmli halda, sənə üz gətirmişəm!
Mən qəmlinin əlindən tut, Allah xatirinə Ya Əbbas!
 
  Bu gün 162 ziyaretçi (230 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol