Shia ahli
  Ya Ali şeri
 

Ya Əli

Sən şahısan, mənsə gəda, ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

Həl Əta surəsi şəninə gəldi.
Təkbir nidaları göyə yüksəldi.
Kəbə qərar tutdu, sanki, "dincəldi”...
İlahidən oldu əta, ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

İlahinin qüdrətindən güc aldın.
Kafirləri məhv etdikcə ucaldın.
İbadətlə, itaətlə qocaldın...
Sən şahısan, mənsə gəda, ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

Peyğəmbərin "əsgərisən” həmişə...
Qoxutmadı səni ölüm, əndişə...
Zülfüqarı gətirəndə gərdişə -
Sən şirisən, şiri xuda ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

Düşmənləri nə qovmadın, nə qaçdın –
Zülmətlərə şəfəq saçdın, nur saçdın...
Alınmayan qalalara yol açdın –
Sən şirisən, şiri xuda ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

Hər namazda, sən meraca gedərdin...
İlahinin dərgahına seyr edərdin...
Üzün gülməz, dünya boydaydı dərdin –
Kərbəladan gələn səda, ya Əli!!!
Olum sənə, mövlam fəda, ya Əli!

***

İbrət olub həyat yolun, amalın...
Yaşayıbdır, yaşayacaq Cəlalın!
Bargahında keşik çəkir xəyalım –
Olsa əgər cəngi – cəda, ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

***

Cəbrayılın zikri, ismi – şərifin.
Kainatın nuru, zərrə (I) əlifin..
Beş kimsənə, Ali – Əba tərifin –
İlahidən oldu əta, ya Əli!
Sən şahisan, mənsə gəda, ya Əli!
Olum sənə, mövlam fəda, ya Əli!

26.04.2010.
Hacı Cəbrayıl Xıdırov

 
 
  Bu gün 85 ziyaretçi (222 klik) burda idi!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol