|
|
|
Bizim Banner
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Xeyli şadam ey müsəlmanlar vüsali bilmişəm,
Könlümün ayinəsindən qəm-qubarın silmişəm,
Qul seçib Tanrım məni dəgahi yarə yetmişəm,
Olmuşam Əlhəmdülillah mən də zəvvar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Kəbə bir aydır müsəlmanlar olubdur haləsi,
Bir tərəf "Əl əfv ya Rəbb”, bir tərəf təkbir səsi,
Yüksəlir "Ləbbeyk Allahummə Ləbbeyk” kəlməsi,
Məğfirət istər tutub üz hər günahkar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Bir məqamdır ki söz acizdir verə təsvirini,
Özgə ecaz yox aparsın qəlbdən təsirini,
Bəllidir tarixdən İbrahim edib təmirini,
Ta o gündən ad verib insan xilaskar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Bir yanında qarə daş var ərşi-Əladan düşüb,
Qara xaldır ruyi-yarə nəqşi-Valadan düşüb,
Bir şəfəq var məcərin üstündə Tahadan düşüb,
San gəlibdir Əhmədi-Mahmudi-Muxtar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Ey könül, daşdandı Kəbə sən sücud etmə daşa,
O daşa hikmət nədən gəlmiş onu dərk et yaşa,
Bir kiçik məhşərdi məna eyləsəm gəlməz başa,
Bu yetər qul tək gəlir sultani sərdar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Çağlayır insan seli dillərdə ah gözlərdə yaş,
Hər təvafında gəlir ruha təlaş üstə təlaş,
Qoç nədir qurban kəsim qurban bu can,qurban bu baş,
Hansı yolla eyləyim bu eşqi izhar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Pak divarlar ki açılmışdı Əli mövluduna ,
Çatların saxlar ki, aşiqlər çata məqsuduna,
Ey könül zəvvar isən şahi-Vila məbuduna,
Sürt üzün, öp, çün əlin çəkmiş o dildar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
Tanrıya min şükr Kəbə oldu qismət Arifə,
Hər bəladan Həyyü-Davər verdi fürsət Arifə,
Ta qiyamət bəs edər bu vari-dövlər Arifə,
Hər sözü, hər söhbəti olsun səzavar Kəbəyə,
Vəslə yetsin hər kimin ki həsrəti var Kəbəyə.
|
|
|
|
|
|
|
Bu gün 86 ziyaretçi (227 klik) burda idi! |
|
|
|
|
|
|
|