|
|
|
Bizim Banner
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Son illərdə sayları günbəgün artmaqda olan Dini saytların siyahısında İSLAMın adına xələl gətirən saytlardan yazacam sizlərə...
Müsəlman kişi və qadınlarımızı, oğlan və qızlarımızı "İslami söhbət", "İslami Çat", "Dini Çat", "İslami evlilik", "Dini Söhbət", "Dini Görüş", "Saf Niyyət" kimi uydurma məntiqlə bir araya gətirib sanki bir əxlaqsız yuva yaradan və buna baxmayaraq adlarını "İslami sayt" deyə tanıdan bütün sayt rəhbərliklərinə, və saytı dəstəkləyən insanlara QARŞI fikirləriniz...
O saytları adlarını reklam xarakteri daşımasın deyə buraya qeyd etmirəm. İnanmayanlar olsa içinizdə buyurub deyin ona bu saytların adlarını verə bilərəm.
Heç uzağa getməyəcəm. Qardaş ölkə dediyimiz Türkiyənin Dini saytlarının səviyyələrindən qısaca danışmaq istəyirəm. Bildiyiniz kimi türk saytlarının əksəriyyəti forum üzərində fəaliyyət edir. Və bu forumlarda gedən söhbətlər və s. göz önündədi. Bu heç. Diqqətinizi nəyi nəzərinizə çatıdırım? Digər dini saytlar (azəri və türk) bizi bəyənmirlər. Səbəbi maraqlıdı sizə də? Səbəb: biz burada Dini məshəblərə bölmürmüşük, forumu istifadəçilərə açmayıb onların söhbət etməyinə əngəl olduğumuz üçün. İndi mənə biri başa sala bilər ki, Mən və Saytın bütün adminləri insanları bu yola çəkməyə görəmi əziyyət çəkirik yoxsamı ki, burda çat yaradıb millətin ağzına gələni yazdığını oxumağa əziyyət çəkirik?!
Bu yaxınlarda Türklərin bütün DİNİ Site adı altında olan bütün saytlarına baş çəkmişəm. Düzdür tam ürəyimcə olmasalar bir neçə sayt digərlərindən fərqlənirdilər. Onlar da Dini çat, tanışlıq və bu kimi şeyləri pisləyirdilər. Amma digərləri içərisində hətta dini tanışlıq saytı belə tapdım ki, şoka düşmüşdüm. Təsvir edin adlarını möminə qadın qoyub, şəkillərini tanışlıq saytına qoyub özünü reklam edənləri, və buna baxmayaraq ALLAHIN EMRİ İLE DİNİ EVLİLİK, Muminlerin buluşma noktası adı altında saytı görəndə nələr hiss etdiyimi təxmini də olsa bilərsiniz.
Dini bilik vermək mənə elə gəlir bizə günah yazmaz ALLAHIM. Ona görə tezliklə forumu sizin istifadənizə verəcəm. Orada ANCAQ VƏ ANCAQ dini suallarınıza cavab vermək məqsədilə bunu edəcəyik. Diqqət etmisinizsə saytımızda yayımlanan mövzularda əvvəl şərh yazmaq olmurdu. Niyəsini deyim: biri girib heç mövzunu tam axıra kimi oxumamış nə bilim yazır ki, pisdi yaxud təşəkkür gözəl mövzu idi, ALLAH Razı olsun və s. Mənə başa salın görüm elə edəndə nə qazanırsınız? Qıraqdan baxan görsün ki, 100 şərhiniz var? Onda nolur? Statusda yoxdu ki, deyim ki, statusa görə edirsiz və s.
Butun bu sozleri yazan Islama dogru saytina men (m-mirsahib.tr.gg) sonsuz tesekkur edirem Allah razi olsun!
|
|
|
|
|
|
|
Bu gün 1 ziyaretçi (2 klik) burda idi! |
|
|
|
|
|
|
|