Shia ahli
  Şəhidlərin cəsədləri paytaxta yetişib...
 

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusu ilə döyüşlərdə şəhid olmuş Milli qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədləri Azərbaycan tərəfinə təhvil verilib.

İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, artıq şəhidlərin cəsədlərini gətirən avtomobil karvanı Bakıya yetişib.

Əllərində bayraqlar və şəhidlərin fotoşəkillərini tutan dindarlar onları paytaxtın girəcəyində qarşılayıb və yol boyu şüarlar səsləndirərək müşaiyət edib.

Şəhidlərin cəsədləri Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinə gətirilib.


Burada da böyük izdiham tərəfindən şüarlar səsləndirilib.


Qeyd edək ki, şəhidlərin cəsədlərinin yanına yalnız onların yaxın qohumları buraxılıb.

 
  Bu gün 29 ziyaretçi (101 klik) burda idi!  
 
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=