|
|
|
Bizim Banner
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Hz. Ali (Ə) Hz. Peyğəmbərin (S) qardaşıdır. |
|
|
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (səlləllahu əleyhi və alih) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox sə’ylər etmişdir. O cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alih) Yəsribə[1] gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: «Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun.» Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı.
Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar. Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (əleyhissəlam) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib buyurdu: «Məni heç kimlə qardaş etmədin.» Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: «Sən hər iki dünyada mənim qardaşımsan![2].» Sonra özü ilə Əli (əleyhissəlam) arasında qardaşlıq siğəsi oxudu.[3]
Bu məsələ Əli əleyhissəlamın fəzilət və əzəmətinin nə dərəcədə olduğunu göstərməklə yanaşı, həm də Əli əleyhissəlamın peyğəmbərə nə qədər yaxın olduğunu göstərir.
[1] Yəsrib şəhəri Peyğəmbərin (səlləllahu əleyhi və alih) hicrətindən sonra «Mədinətur-rəsul» adlandırıldı. Mə’nası Peyğəmbər şəhəri deməkdir. Sonralar qısa olaraq Mədinə adı ilə məşhur oldu.(Mütərcimdən)
[2] Əl-Mustədrəku ələs-səhihəyn, c.3, səh.35.
[3] Əl-İstiabu fi mə’rifətil-əshab, c.3, səh.35.
|
|
|
|
|
|
|
Bu gün 91 ziyaretçi (117 klik) burda idi! |
|
|
|
|
|
|
|